Icma.az
close
up
RU
“De fakto hə, de yure yox!” “Ukrayna qəbul edir ki, atəşkəs olsa, tərəflər tutduğu mövqelərdə qalacaq”

“De fakto hə, de yure yox!” “Ukrayna qəbul edir ki, atəşkəs olsa, tərəflər tutduğu mövqelərdə qalacaq”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri “de-fakto” verməyə hazırdır, lakin “de-yure” yox.

“AzPolitika” xəbər verir ki, “Fox News” telekanalına müsahibə verən Kelloq keçən həftə Londonda avropalıların və ukraynalıların iştirak etdiyi görüşün təfərrüatlarını açıqlayıb: "Bizim 22 konkret şərtimiz var idi, onlarla razılaşdılar… Onların istədikləri ilk şey sülh razılaşmasına aparan hərtərəfli və daimi atəşkəsdir. Mən ən azı 30 gün ərzində hərtərəfli dəniz, hava, quru infrastrukturunu nəzərdə tuturam".

Trampın xüsusi elçisi Stiv Uitkoffun Moskvada keçirdiyi görüşlər və Rusiyanın Ukraynada ələ keçirdiyi ərazilərlə bağlı sualı cavablandıran Kelloq qeyd edib ki, Ukrayna ərazi güzəştlərinə razıdır, lakin “de-yure deyil, de-fakto”. Onun dediyinə görə, Ukrayna tərəfi mövcud vəziyyətə və faktiki hərbi əməliyyatlar xəttinə uyğun mövqe tutub: "Ukraynalılar rusların işğal etdiyi ərazilərdən de-yure yox, de-fakto imtina etməyə hazırdırlar. Çünki ruslar faktiki olaraq bu torpağı işğal ediblər. Onlar bununla razılaşıblar və bunu mənə ötən həftə dedilər. Onlar başa düşürlər ki, atəşkəs əldə olunarsa, hər bir tərəf tutduğu mövqelərdə qalacaq. Onlar buna hazırdırlar".

Xatırladaq ki, bundan öncə Almaniyanın Müdafiə naziri Boris Pistorius demişdi ki, Tramp administrasiyasının sülh sazişinə nail olmaq üçün irəli sürdüyü Ukraynanın ərazi güzəştləri təklifi həddən artıq uzağa gedir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri