Icma.az
close
up
RU
Dəhliz üçün köhnə qayda: Moskva Zəngəzur Tehran xətti bərpa edilir

Dəhliz üçün köhnə qayda: Moskva Zəngəzur Tehran xətti bərpa edilir

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Zəngəzur dəhlizi ilə bağlı müzakirələr artdıqca İranın narahatlığı da çoxalır. Ona görə də rəsmi Tehran “Zəngəzur təhlükəsini necə zərərsizləşdirə bilər" anlayışı ilə yola çıxaraq, prosesi pozmağa çalışır. Naxçıvanla Azərbaycanı birbaşa birləşdirən dəmir yolu və avtomobil yoluna ehtiyac var. Sözsüz ki, bu həm də Azərbaycanın ərazi bütövlüyü üçün vacibdir".

Moderator.az bildirir ki, bu sözləri mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“İndi bir çoxları Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı niyyətini Ermənistanın ərazisinin bir hissəsini özünə götürməsi kimi də şərh edir. İran da bunu özü üçün “təhdid və təhlükələrə səbəb olacaq” ssenarisi kimi yozur”, - deyə o qeyd edib.

Politoloqun fikrincə, İranın guya qorxusu Zəngəzur dəhlizi açılarsa, Avropaya əsas çıxışının bağlanması ilə bağlıdır:

“Rəsmi Tehran Bakı-Ankara ittifaqının əhatələnməsindən narahatdır. Zəngəzur dəhlizi bu gün Orta Dəhliz konsepsiyasının ən vacib hissəsidir. İran da qorxur ki, Zəngəzur dəhlizi, eyni zamanda Orta Dəhlizin açılması deməkdir. Bunu isə onlar İranın Şərq-Qərb dəhlizinə rəqib hesab edirlər. Görünən odur ki, İranda proseslərə hələ də molla ağlı ilə yanaşılır. Vaxtilə mövcud olmuş Moskva-Tehran dəmir yolu xətti Zəngəzurdan, Culfadan keçib. Həmçinin Zəngəzur Moskva-İrəvan dəmir yolu xəttinin də keçdiyi nöqtə olub”.

Qabil Hüseynliyə görə, dünyada Zəngəzur dəhlizi ilə müqayisə olunacaq yüzlərlə nümunə var:

“Heç də həmin dəmir yolu xəttlərinin mövcudluğu o ərazilərin işğalı demək deyil. Sadəcə, İran tərəfi dünyadakı iqtisadi münasibətlərin xarakterini bilmədiyinə görə, proseslərə birtərəfli formada yanaşır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri