Deputat: Paşinyanın Türkiyəyə səfəri regionda formalaşan yeni reallıqlara uyğun qiymətləndirilməlidir
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Cənubi Qafqazda sülh və regional inteqrasiya təşəbbüsünün əsas daşıyıcısı məhz Azərbaycandır. Regional inkişafın və sabitliyin təmin olunması üçün sülhün bərqərar edilməsi əsas şərtdir. Bu baxımdan regionun aparıcı aktorlarından biri olan qardaş Türkiyə Respublikası mühüm rol oynayır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat əlavə edib ki, Türkiyə, Azərbaycanla birgə həm siyasi, həm də coğrafi baxımdan Ermənistanla sərhədləri olan azsaylı ölkələrdən biridir:
“Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki dövlətin strateji müttəfiqliyinin rəsmi təsdiqidir. Bu baxımdan Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərini də məhz bu kontekstdə sülhə və regional əməkdaşlığa doğru bir addım kimi qiymətləndirmək lazımdır. Gec də olsa, əsas məqsəd Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması həm Azərbaycanın, həm də Türkiyənin ortaq mövqeyidir. Bu səfərdə yol və kommunikasiya əlaqələrinin açılması, Zəngəzur dəhlizi məsələsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərində normallaşma perspektivlərinin müzakirə olunacağı gözlənilir. Beləliklə, Paşinyanın Türkiyəyə səfəri regionda formalaşan yeni reallıqlara uyğun olaraq qiymətləndirilməli və müsbət perspektivlərə yönəlmiş addım kimi dəyərləndirilməlidir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Paşinyanın Türkiyəyə səfəri regional proseslərə necə təsir göstərəcək?
17 İyun 2025 14:00
Paşinyanın qovduğu deputat yeni partiya yaratdı
29 Dekabr 2024 11:17
Paşinyanın deputat qaynı soyuldu FOTO
22 Yanvar 2025 14:39
Deputat Eldar Quliyev Türkiyəyə gedir
25 Fevral 2025 14:43
Paşinyanın Türkiyəyə səfər tarixi bəlli oldu RƏSMİ
17 İyun 2025 15:38