Icma.az
close
up
RU
Deputat: SOCAR a hücum Azərbaycan Rusiya etimadına ciddi zərbə vurur

Deputat: SOCAR a hücum Azərbaycan Rusiya etimadına ciddi zərbə vurur

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanla Rusiya arasında son günlər müşahidə olunan diplomatik gərginlik yeni mərhələyə keçib. Rəsmi Bakı Ukrayna ərazisində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu Xarici İşlər Nazirliyinə çağıraraq ona rəsmi etiraz notasını təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinə görə, Ukraynada SOCAR-ın infrastrukturuna, eləcə də Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı həyata keçirilən hücumların ardıcıl xarakter alması onların təsadüfi olmadığını və müəyyən məqsədə xidmət etdiyini göstərən ciddi suallar doğurur. Rəsmi Bakı bu cür addımların beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu vurğulayaraq, mülki obyektlərin və diplomatik missiyaların toxunulmazlığının təmin edilməsinin dövlətlərin əsas öhdəliklərindən biri olduğunu xatırladıb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynada SOCAR-a məxsus mülki obyektlərin Rusiya silahlı qüvvələri tərəfindən hədəfə alınması ilk növbədə beynəlxalq hüququn pozulmasıdır və Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya etiraz notası təqdim etməsi tamamilə doğru addımdır.

Deputatın sözlərinə görə, bu, ilk belə hadisə deyil:

"Qroznı üzərində AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasının yaratdığı fəsadlar hələ tam aradan qalxmamış, Ukraynada baş verən bu hadisə ölkələrimiz arasında etimadsızlıq mühitini daha da gücləndirir. Bu cür addımlar Rusiya ilə Azərbaycan arasında formalaşmış müttəfiqlik münasibətlərinə ciddi zərər vurur.

Rusiya səfirinə təqdim olunmuş etiraz notası xəbərdarlıq xarakteri daşıyır. Hesab edirəm ki, Rusiya tərəfi gələcək fəaliyyətində bu notada əks olunan tələbləri və iradları nəzərə alacaq.

Analoji insidentlərin təkrarlanması iki ölkə arasında gərginliyin daha da artmasına səbəb ola bilər. Belə bir vəziyyətdə Azərbaycanın müvafiq siyasi və iqtisadi tədbirlər görəcəyi şübhə doğurmur", – deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri