Icma.az
close
up
RU
“Digər postsovet respublikalarının Moskvanın hərbi ekspansiyasına qarşı Ukrayna kimi dirəniş göstərə biləcəyinə inanmıram…”

“Digər postsovet respublikalarının Moskvanın hərbi ekspansiyasına qarşı Ukrayna kimi dirəniş göstərə biləcəyinə inanmıram…”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Balanslaşdırma və bloklara qoşulmama, həmçinin Türkiyə , Böyük Britaniya, Pakistan və İsrail kimi güclərlə strateji müttəfiqlik Azərbaycanı sığortalayan faktora çevrilib. Ancaq bununla belə, Moskvanın…”

Xəbər verildiyi kimi, ötən həftəsonu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Putin və Rusiyaya eksponsionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”. 

Amerika dövlətinin yetərincə nüfuzlu və təcrübəli generalı tərəfindən səslənən bu fikiri ciddiyə almaq gərəkdir. Görəsən, ABŞ prezidenti Trampın, demək olar ki, heç bir ciddi nə iqtisadi, nə hərbi tədbir görmədiyi, NATO ölkələrinin artıq neçə üzvünə qarşı dron, qırıcı hücumlarına qarşı dişsizlik nümayiş etdirdiyi bir şəraitdə Putin Rusiyasını durdurmaq mümkün olacaqmı? Yoxsa elə Çin, Şimali Koreya, Hindistan, İran kimi ölkələrin də gizli-açıq dəstəyi ilə Ukraynaya qarşı illərlə tükəndirmə savaşı apararaq onu tam məğlub etdikdən sonra Kreml digər postsovet respublikalarını, o cümlədən Azərbaycanı da yenidən birbaşa müstəmləkə etməyə, yəni keçmiş SSRİ, yaxud Çar Rusiyası sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə çalışacaq?.. 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:

“Postsovet sərhədlərini yenidən bərpa etmək arzusu Putinin prioritetlərindən biridir. O bunu bir neçə dəfə açıq şəkildə dilə gətirərək Belovejski anlaşmasını qanunsuz sayıb. Putinin ən yaxın çevrəsi də məqsədli olaraq keçmiş Sovet respublikalarının müstəqilliyinə dırnaqarası yanaşır, bəzən isə bu təkəbbürü açıq nümayiş etdirirlər. Rusiya xarici işlər naziri Lavrovun Səmərqənddəki “Ağlayan ana” memorialında rus dilində yazının olmamasını diplomatik etiketdən  uzaq şəkildə ifadə etməsindən uzun müddət keçməyib. Kreml  Sovet İttifaqı imperiyasından qopan dövlətlərə öz arxa bağçası və keçmiş metropoliyasi kimi yanaşır, onların suverenliyini, inkişafını və müstəqil siyasət yürütməsini həzm edə bilmir. Rusiyanın Ukraynaya təcavüzü də məhz bu ambisiyaları həyata keçirmək yolunda atılmış addımdır. Ukraynanın düşməsi Moskvanın imperiyapərəst iddialarının və planlarının önünü açacaq. Zənn etmirəm ki, digər postsovet respublikaları Moskvanın hərbi ekspansiyasına qarşı Ukrayna kimi dirəniş göstərə, yaxud hər cür beynəlxalq dəstəyi ala bilsin. Bu müharibə dünya nizamını həm siyasi, həm dəyərlər baxımından ciddi şəkildə təsirləndirəcək. Əgər Kreml qalib gələrsə, dünyadakı sülhün və təhlükəsizliyin əldə olunmasına inam sıfıra enəcək. Təkcə postsovet ölkələri deyil, həmçinin Şərqi Avropa özünü güvəndə hiss etməyəcək. Baxmayaraq ki, Şərqi Avropa NATO çətiri altındadır. Göründüyü kimi, ABŞ rəsmisi vəziyyəti düzgün qiymətləndirib və Rusiyanın əsil simasını açıb bir daha ortaya qoyub. Xüsusi nümayəndə baş verənlərə daha real və obyektiv yanaşdığından təhlükə barədə xəbərdarlığını edir. Diplomatik dillə danışmağı acizlik bilən Putin bu səbəbdən həm Ukraynaya, həm Şərqi Avropa, eyni zamanda Cənubi Qafqaza təzyiqlərini artırıb. Çin, Hindistan, İran və Şimali Koreya çoxqütblü dünyanın yaranmasına maraqlı olduğundan özünü Rusiyanın yanında görür və orada yer alır.

Azərbaycan isə Şimal təhlükəsinin ciddiliyini hiss etdiyindən çoxvektorlu xarici siyasət aparır. Ölkəmiz Qlobal Cənub və Qlobal Qərb arasında körpü rolu oynayır. Balanslaşdırma və bloklara qoşulmama , həmçinin Türkiyə , Böyük Britaniya, Pakistan və İsrail kimi güclərlə strateji müttəfiqlik onu sığortalayan faktora çevrilib. Ancaq bununla belə, Moskvanın istək və planlarını Ukraynada dəfn edilməsi sülhpərvər qüvvələrin bir saylı problemi olmalıdır…”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri