Icma.az
close
up
RU
Dilimlənmiş və emal olunmuş qidaları almaq olarmı? Qəti CAVAB

Dilimlənmiş və emal olunmuş qidaları almaq olarmı? Qəti CAVAB

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün mağazalarda hazır və yarımhazır məhsulların çeşidi getdikcə artır. Çörək artıq dilimlənmiş şəkildə satılır, pendirlər rəndələnmiş olur, ət isə əvvəlcədən marinad edilir. Bu, bir çox insan üçün rahat olsa da, bəzi alıcılar belə məhsulların təzə məhsullardan keyfiyyətsiz olduğunu və hətta sağlamlıq üçün risk yarada biləcəyini düşünürlər. Mütəxəssislər isə bildirirlər ki, əksər hallarda bu narahatlıqlar əsaslı deyil.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, satışda olan qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə görə əsas məsuliyyəti məhsulu istehsal edən və satan tərəf daşıyır.

Məhsulun hazırlanmasına istehsalçı, düzgün saxlanma şəraitinə isə supermarket və ya satış məntəqəsi cavabdehdir. Qanunvericiliyə əsasən, hazır məhsulların üzərində istehsal tarixi və son istifadə müddəti də mütləq göstərilməlidir. Bu səbəbdən böyük market şəbəkələrində məhsulların təhlükəsizliyinə nəzarət sistemi tətbiq olunur.

Mütəxəssislər qeyd edirlər ki, supermarketlərdə məhsulların izlənməsi və daxili yoxlanışı aparılır. İstifadə müddəti bitmiş məhsullar isə satışdan çıxarılmalıdır. Əgər alıcı aldığı məhsulun keyfiyyətindən narazıdırsa və ya onun təzəliyinə şübhə edirsə, mağazaya müraciət edərək məhsulun dəyişdirilməsini və ya pulun geri qaytarılmasını tələb edə bilər.

Dilimlənmiş çörək təhlükəlidirmi?

Ekspertlər bildirirlər ki, qablaşdırılmış məhsulun keyfiyyətsiz olması ilə bağlı yayılan fikirlər çox vaxt doğru deyil. Onların sözlərinə görə, qablaşdırılmış məhsul da açıq satılan məhsul qədər təzə ola bilər.

Bu, xüsusilə dilimlənmiş çörəyə də aiddir. Həm bütöv, həm də dilimlənmiş çörək zamanla quruyur və burada əsas rol saxlanma şəraitinə məxsusdur. Bu səbəbdən “dilimlənmiş çörək almaq olmaz” kimi fikirlərin ciddi əsası olmadığı vurğulanır.

Marinad edilmiş ət almaq təhlükəlidirmi?

Mütəxəssislər bildirirlər ki, bəzi hallarda uzun müddət satılmayan ətlər kulinariya şöbələrinə göndərilərək kabab və digər məhsulların hazırlanmasında istifadə oluna bilər. Lakin söhbət xarab olmuş ətdən yox, sadəcə vaxtında satılmayan məhsuldan gedir.

Endirimli ət və balıq almaq olarmı?

Ekspertlərə görə, məhsulun endirimdə olması onun keyfiyyətsiz olması demək deyil. Burada əsas məsələ düzgün etiketləmə və saxlanma qaydalarıdır. Onların sözlərinə görə, bir çox endirim kampaniyaları istehsalçı və ya təchizatçı tərəfindən təşkil olunur və bu, alıcı üçün təhlükə yaratmır.

Rəndələnmiş pendir və doğranmış kolbasa təhlükəlidirmi?

Mütəxəssislər bildirirlər ki, supermarketlərdə doğranmış və qablaşdırılmış məhsullar üçün də keyfiyyətə nəzarət edilir. Adətən bu məhsullar üçün təzə ərzaqlardan istifadə olunur və istifadə müddəti bitmədən əvvəl satışdan çıxarılır. Bununla belə, alıcılara məhsulun üzərindəki istehsal tarixi və son istifadə müddətini diqqətlə yoxlamaq tövsiyə olunur.

Ekspertlər hesab edirlər ki, müasir supermarketlərdə tətbiq olunan təhlükəsizlik və nəzarət sistemləri sayəsində dilimlənmiş çörək, rəndələnmiş pendir və digər qablaşdırılmış məhsulları almaq üçün ciddi təhlükə yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri