Bakıda supermarketdən yağ oğurlayan kişi həbs olunmadı
Icma.az bildirir, Modern.az portalına istinadən.
Bakıda marketdən oğurluq edilib.
Modern.az xəbər verir ki, hadisə "Tam store" supermarketlər şəbəkəsinin Xəzər rayonu ərazisində yerləşən filiallarından birində qeydə alınıb.
51 yaşlı Fikrət Şükürov (ad şərti) həmin marketdən hər birinin dəyəri 26 manat 95 qəpik olan 2 ədəd "Valio" markalı yağ oğurlayıb. Daha sonra Fikrət həmin yağları da götürərək Binə qəsəbəsində yaşadığı evə gedib. O, növbəti dəfə çörək almaq üçün "Tam store" mağazasına daxil olmaq istəyəndə mühafizəçilər onu polisə təhvil vermək üçün zirəmiyə aparıblar. Bundan sonra Fikrət Şükürov polisə təhvil verilib və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
F. Şükürov əməlindən peşman olduğunu və ilk dəfədir ki, belə hadisə törətdiyini deyib. Məhkəmə dəyən ziyanın məbləğini, F. Şükürovun etirafını və peşman olmasını, həmçinin onun 2 övladının olduğunu nəzərə alıb.
Qərara əsasən, Şərur rayon sakini olan Fikrət Şükürov 160 saat ictimai işlər cəzasına məhkum olunub. Həmin müddət ərzində o, habelə elektron nəzarət cihazını da üzərində daşımalıdır.
İlyas Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Noyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















