Icma.az
close
up
RU
Dollar və qızılla bağlı MÜƏMMALI VƏZİYYƏT Pulumuzu nəyə yatırsaq, UDUZMARIQ?

Dollar və qızılla bağlı MÜƏMMALI VƏZİYYƏT Pulumuzu nəyə yatırsaq, UDUZMARIQ?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Son zamanlar dünya miqyasında qızıl, bitcoin və dolların qiymətlərində tez-tez aşağı yuxarı dalğalanmalar baş verir. Qızıl əsasən bahalaşma kursu götürsə də, bitcoin və dollarda gah bahalaşma və ya ucuzlaşma tendensiyası özünü göstərir.

Bu fonda əhali də vəsaitini hara yatırmaq barədə çətin sual qarşısında qalır. 

Görəsən, yaranmış vəziyyətdə əhali pulunu nəyə yatırsa daha yaxşı olar?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov deyir ki, vətəndaşlar adətən bu prosesdə aktiv iştirak etmir.

İqtisadçının fikrincə, vətəndaşlarımız daha yaxşı olar ki, vəsaitlərini proqnozlaşdırıla bilən sabit gəlirli alətlərə yerləşdirsinlər:

“Peşəkar investorlar belə şəraitdə daha çox rəqəmsal həllər təklif edən innovativ layihə və qiymətli kağızlara investisiya edirsə, Azərbaycan vətəndaşları daha çox manatla əmanətlərə, torpaq və daşınmaz əmlaklara investisiya edilməsinə üstünlük verir. Ona görə də peşəkar investorlar üçün bazarda diqqətli olmaqla fundamental analizlər nəticəsində meylləri izləmək və texniki analizlərin qısa müddətli nəticələri əsasında müəyyən qərarlar verməklə bazarda iştiraklarını davam etdirmələri daha çox tövsiyə olunur”.

Həmsöhbətimiz bildirir ki, peşəkar bazar iştirakçıları bazarın bahalı olduğu dövrdə daha çox gəlir əldə edir:

“Bu bazar iştirakçıları üçün ciddi bir fürsət doğurur. Həm qiymətlərin azalması, həm də onun yenidən bahalaşması istiqamətində bazar iştirakçıları vəziyyəti fürsətə çevirərək gəlir əldə edə bilir. Qızıl, bitcoin günümüzün əsas investisiya alətlərindən biridir. Xüsusən də bitcoin kifayət qədər iddialı gəlir vəd edir”.

Ekspert eyni zamanda qeyd edir ki, son dövrlər qızıla investisiyanın artması qlobal iqtisadi münasibətlərin qeyri-müəyyən məcraya daxil olması fonunda proqnozlaşdırıla bilinməyən mühitlə bağlıdır:

“Ona görə də bazar iştirakçıları öz vəsaitlərini daha təhlükəsiz alətlərdə yerləşdirməyə çalışır. Belədə, düşünürəm ki, qızıl və bitcoin bazar iştirakçıları üçün əsas investisiya aləti olaraq qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri