Icma.az
close
up
RU
Dörd nəfəri mühasirədən çıxarıb, yaralarını sarıyıb Nəşi 14 gün sonra tapılan “Dağlar oğlu” VİDEO

Dörd nəfəri mühasirədən çıxarıb, yaralarını sarıyıb Nəşi 14 gün sonra tapılan “Dağlar oğlu” VİDEO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanı tarixi zəfərə aparan 44 günlük Vətən müharibəsinin hər günü torpaqlarımızın bir parçasının azad edilməsi ilə nəticələndi. Ağır və şərəfli olan bu yolda neçə-neçə qəhrəman övladlar canını qurban verdi.

Həmin oğullardan biri də silahlı qüvvələrin baş leytenant Ceyhun Əyyubovdur. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Ceyhunun amalı hərb sənətinə yiyələnib torpaqlarımızı işğaldan azad etmək idi. Sözünün də, əməlini də dağlar qədər uca tuturdu. İgid baş leytenant Vətənin dağlarında döyüşdü, dağlar qoynunda şəhid oldu. O, uşaqkən qurduğu arzuların arxasınca getdi və həmin arzular onu şəhidlik zirvəsinə apardı.

APA-nın əməkdaşları Yevlax şəhərində şəhidin valideynləri ilə görüşüb.

Şəhid zabitin atası Savalan Əyyubov deyir ki, Ceyhunun uşaq yaşlarından hərbiyə marağı olub. “Həmişə deyirdi ki, böyüyəndə hərbçi, zabit olacam, torpaqlarımızı azad edəcəm. O, istəyinə uyğun olaraq hərbçi oldu və torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi. Mən fəxr edirəm ki, Ceyhun kimi oğlum var”.

İki zabit anası olan Arzu xanım da oğlunun Vətən qarşısında xidmətlərindən, bu yolda şəhidlik zirvəsinə ucalmasından qürurla danışıb: “Ceyhun 1992-ci ildə Yevlax şəhərində anadan olub. 1998-ci ildə 1-ci sinfə gedib. Ceyhunda vətənpərvərlik hissi hələ uşaq yaşlarından çox yüksək idi. 2007-ci ildə dedi ki, Cəmşid Naxçıvaniski adına hərbi liseyə qəbul olmaq istəyir. Dedim, yaxşı fikirdir. Sənədlərini verdi, qəbul oldu. Üçüncü kursda oxuyanda qardaşı da Ali Hərbi Məktəbə qəbul oldu. Sonra Ali Hərbi Məktəbə qəbul oldu. Qardaşı 2012-ci ildə, Ceyhun isə 2014-cü ildə Ali Hərbi Məktəbi Məktəbi bitirdi. Bir il də təlim-tədris mərkəzində oxudu, 2015-ci ildə Daşkəsənə göndərildi, taqım komandiri kimi işə başladı. Daha sonra xidmətini Murovdağ yüksəkliyində davam etdirdi. Ona “Dağlar oğlu” deyirdilər. Çətin şəraitdə olsa belə, Vətənə həvəslə xidmət edirdi. Polad Həşimovun şəhid olması Ceyhunu çox sarsıtmışdı.

44 günlük Vətən müharibəsi başlayan gün Murovdağ yüksəkliyində döyüşlərə iştirak etdi və şəhid oldu. O, həm döyüşür, həm də yaralı əsgərləri təhlükəli yerdən çıxarırdı. Döyüşlərdə 4 nəfəri mühasirədən çıxarıb, yaralarını sarıyıb. Özü isə mühasirədə qalıb. Ayağından yaralanıb. Sonra böyründən və başından vurublar. Nəşini 14 gün sonra götürmək mümkün olub. Oktyabrın 12-də bizə zəng gəldi ki, nəşini gətirmişik. Getdim gördüm uzanıb, sanki sağdır. Ancaq gözlərindən bilinirdi ki, yoxdur dünyada. Duz kimi yaladım, dedim bəlkə nəfəsimə durar ayağa. Həmişə mənə deyirdi ki, nə sən məndən keçərsən, nə mən səndən. Amma məndən keçdi, Vətəni, torpağı seçdi. Onunla fəxr edirəm. Ölüm haqdır, heç kəs bu dünyada daimi qalmayacaq. Amma mənim oğlum şərəflə getdi bu dünyadan. Fəxr edirəm ki, elə bir oğulun anasıyam”.

Qeyd edək ki, Ceyhun Əyyubov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi üçün adına küçə verilib, ev muzeyi yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see316

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see228

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see199

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see124

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri