Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ABŞ-ın aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “12-ci illik Beynəlxalq 2024 Globee® Liderlik Müsabiqəsi”ndə uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DƏMX-nin təqdim etdiyi müsabiqə işi münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və “Gümüş Globee® Qalibi” mükafatına layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Almaniya, İsveç, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Bolqarıstan, Rusiya, Vyetnam, Hindistan və digər ölkələrin 1700-dən çox layihəsi iştirak edib.

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb AZƏRTAC
27 Noyabr 2024 11:13
Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq müsabiqədə uğur qazanıb AZƏRTAC
07 Yanvar 2025 17:37
Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb
17 Fevral 2025 23:18
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb AZƏRTAC
04 Dekabr 2024 11:59
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə ali mükafata layiq görülüb AZƏRTAC
17 Dekabr 2024 14:29

