Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri Qaxda dini ibadətgahların fəaliyyəti ilə tanış olub

Dövlət Komitəsinin sədri Qaxda dini ibadətgahların fəaliyyəti ilə tanış olub

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Qax rayonu ”Mərkəzi Cümə” və Qax şəhər məscidlərinin, Qaxingiloy kəndi ”Müqəddəs Giorgi”, Əlibəyli kəndi “Müqəddəs Nino” kilsələri və Kürmük məbədinin fəaliyyəti ilə tanış olub.

Dövlət Komitənin sədri Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl siyasəti nəticəsində möhkəmləndirilmiş nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi və tolerant dəyərlərin qorunub saxlanılmasına göstərilən diqqət və qayğının əhəmiyyəti barədə danışıb. Ölkəmizdəki unikal harmoniyanın təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələrin dini fərqliliklərin cəmiyyətin qütbləşməsinə yönəldilməsi cəhdlərinin qarşısını almaq üçün ən effektiv üsullardan biri olduğunu qeyd edib.

Ramin Məmmədov, eyni zamanda dini qurumlar ilə koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını, dinin insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemi kimi təqdim edilməsində din xadimlərinin xüsusi rola malik olduğunu vurğulayıb.

Komitə sədri müntəzəm olaraq Bakı və regionlarda ibadət evlərini ziyarət etməsinin əsas məqsədinin məscid, kilsə, sinaqoqların fəaliyyəti ilə daha yaxından tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, həmçinin din xadimlərini dini sahədəki prioritetlər və qarşıda duran vəzifələr barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib.

Daha sonra rəy və təkliflərini səsləndirən din xadimləri Azərbaycan hökumətinin tolerantlıq və multikulturalizm siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar. Ölkəmizdə ənənəvi İslamın, tarixən formalaşmış dini-mənəvi, tolerant dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını qeyd ediblər.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri