Dövlət Məşğulluq Agentliyi Laçında AZAL la birgə əmək yarmarkası keçirəcək
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.
"Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək",- məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Mart 2025 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















