Icma.az
close
up
RU
Dövlət siyasətinin mühüm istiqamətlərindən biri dinlərarası dialoq

Dövlət siyasətinin mühüm istiqamətlərindən biri dinlərarası dialoq

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yüksək tolerantlıq mühitinə malik olan Azərbaycanda etiqad azadlığı təmin edilir, insanların inanclarına dərin hörmətlə yanaşılır. Ölkəmizdə hər il müqəddəs Milad bayramının qeyd olunması da bunun əyani təsdiqidir.  Hər zaman dünyaya multikulturalizm çağırışları edən Prezident İlham Əliyev bu müqəddəs bayram münasibətilə pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Azərbaycanın bütün xristian icmasına xoş arzularını çatdıran dövlətimizin başçısı təbrik məktubunda ölkəmizin nümunəvi multikultural mühitinə diqqət çəkib.

Azərbaycanın nümunəvi tolerantlıq mühiti

Yaşıl çəmənlər rəngarəng çiçəkləri ilə cəlbedici olduğu kimi, dünya da xalqların müxtəlif adət-ənənələri, inancları, fəqli məişət tərzləri, həyata baxışları ilə gözəldir. Bu rəngarəngliyi qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir xalqa, hər bir icmaya özünün inanclarını davam etdirməsinə şərait yaradılmalıdır. Lakin təəssüf doğuran haldır ki, hazırda dünyamızın mənzərəsi məhz bu cəhətdən ciddi narahatlıq doğurur. Bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI əsrdə sayrı-ayrı ölkələrdə dini-mədəni müxtəlifliyə dözümsüz yanaşmalar getdikcə atır.

Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan tolerantlıq baxımından nümunəvi bir məkan kimi diqqət mərkəzinə gəlir. Hazırda dünyada İlham Əliyev kimi tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. Ölkəmizin hər cəhətdən nümunəvi olan multikultural mühitinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir”, - deyə vurğulayıb.

Hər kəs eyni hüquq və azadlıqlara malikdir

Azərbaycan çoxkonfessiyalı cəmiyyətə malikdir. Ölkəmizdə əhalinin böyük əksəriyyəti müqəddəs İslam dininə etiqad bəsləyir. Eyni zamanda, respublikamızda digər dinlərə də böyük hörmət bəslənilir. Azərbaycanda multikulturalizm tarixdən gələn bir ənənədir və bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin bildirdiyi kimi, nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.

O cümlədən xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadırlar. Pravoslav xristian icmasının hər il yanvarın 7-də ənənəvi olaraq Milad bayramını təntənəli şəkildə qeyd etməsi bunun daha bir təsdiqidir. Milad bayramı yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günüdür. Milad orucu 12 yağsız yeməyin düzüldüyü və onların hər birindən dadılması zəruri sayılan şam süfrəsi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri