Icma.az
close
up
RU
Dövlətimizin başçısının tarixi qərarları gələcək nəsillər tərəfindən də minnətdarlıqla xatırlanacaq ŞƏRH

Dövlətimizin başçısının tarixi qərarları gələcək nəsillər tərəfindən də minnətdarlıqla xatırlanacaq ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində formalaşan sülh gündəliyi 8 avqust tarixində ən yüksək siyasi tribunadan bütün dünyaya təqdim olundu. Dövlətimizin başçısının Azərbaycanın media nümayəndələrinə müsahibəsində qeyd etdiyi kimi, 8 avqust Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərində, bütövlükdə region, həmçinin Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.

“Bu tarixi hadisə regionumuza Azərbaycanın illərdir vurğuladığı qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında sülhü gətirəcək. Eyni zamanda bölgənin əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində önəmli imkanlar yaranır. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin ABŞ Prezidentinin iştirakı ilə paraflanması regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Azərbaycanın təşəbbüsü ilə Sazişin paraflanması ölkəmizin sülhpərvər mövqeyinin növbəti təzahürüdür”, - deyə deputat qeyd edib.

Tramp rifah və sülh marşrutunun regiona, dünyaya yeni əməkdaşlıq imkanları verəcəyini söyləyən Mircəlil Qasımlı bildirib ki, uzun illər davam edən münaqişə bölgənin potensialından tam istifadəyə ciddi maneələr yaradıb. Doğrudur, Azərbaycanın reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri regional inkişaf üçün böyük imkanlar açıb. Məhz bu layihələrin uğurlu icrası nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir. Ölkəmiz beynəlxalq miqyasda etibarlı enerji tərəfdaşına çevrilib. Lakin yeni dəhlizin istifadəyə verilməsi regional əməkdaşlıq üçün yeni səhifə açacaq. Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır və bu istiqamətdə olduqca zəruri addımlar atır. Bu baxımdan Tramp rifah və sülh marşrutu regiona olan beynəlxalq marağı daha da artıracaq, həmçinin yeni investisiyaların cəlb olunmasına mühüm şərait yaradacaq.

“Azərbaycan Prezidentinin ABŞ-a tarixi səfəri ikitərəfli münasibətlər baxımından da olduqca böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan və ABŞ Prezidentləri “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzaladılar. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini təmin edəcək bu sənəd bir sıra məqamları özündə ehtiva edir. Azərbaycan-ABŞ əlaqələri uzunmüddətli və sistemli plan əsasında inkişaf etdiriləcək, davamlı siyasi dialoq və koordinasiya mexanizmləri formalaşdırılacaq. Eyni zamanda, bu sənəd dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-nin Azərbaycanı qlobal miqyasda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul etdiyini nümayiş etdirir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Dövlətimizin başçısı ilə görüş əsnasında ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamı imzalanmasının Donald Trampın Azərbaycan Liderinə, ölkəmizə olan dostluq münasibətinin bariz təzahürü olduğunu söyləyən deputat qeyd edib ki, bu tarixi addım da Azərbaycan-ABŞ münasibətlərində dinamik inkişafın əldə olunmasına müsbət təsir göstərəcək.

“Beləliklə, Prezident İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi ilə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin təsdiq olunması ilə regionumuz qarşılıqlı əməkdaşlıq, davamlı inkişaf yoluna qədəm qoyur. Dövlətimizin başçısının regionda sülhü və əməkdaşlığı bərqərar edəcək tarixi qərarları gələcək nəsillər tərəfindən də minnətdarlıqla xatırlanacaq”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri