Dovşan adasında dovşan öldürən şəxs həbs cəzası alıb
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 2024-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər Seto daxili dənizindəki Okuno adasında ümumilikdə 77 dovşanın öldürülməsi ilə bağlı işə Xirosima Rayon Məhkəməsində baxılıb.
Dovşanların "insanların zorakılığı nəticəsində öldürüldüyü" iddialarının nəzərə alındığı məhkəmə işində şübhəlilərdən Hotta Rikunun "7 dovşanı təpikləyərək ağızlarına qayçı basaraq öldürdüyü" müəyyən edilib. Məhkəmə qərarına əsasən, Hotta “Heyvanların Mühafizəsi Qanunu”nu pozduğu üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, Yaponiyanın Ətraf Mühit Nazirliyi hadisəyə cavab olaraq adada əlavə təhlükəsizlik kameraları quraşdırmağı planlaşdırır. Hotta 2025-ci ilin yanvarında adada küçədə gedərkən dovşanı təpikləyərkən görütülənəndən sonra "heyvanlara qarşı amansızlığa"na görə saxlanılıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Okuno adasının 500-ə yaxın yarı vəhşi dovşan yaşadığı bilinir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















