Icma.az
close
up
RU
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanın son illərdə qazandığı tarixi uğurlar ölkəmizin qarşısında yeni hədəflər və vəzifələr müəyyənləşdirib. Dövlət müstəqilliyi və ərazi bütövlüyümüzün tam bərpası ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bu yeni mərhələdə dövlətimizin qarşısında duran prioritetləri və gənclərin üzərinə düşən məsuliyyəti aydın şəkildə ortaya qoyur.

Dövlətimizin başçısının çıxışında dövlətçiliyin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, iqtisadi inkişafın davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyə nail olunması kimi mühüm məsələlər ön plana çəkilib. Bu məqsədlərin əldə edilməsində gənclərin rolu danılmazdır. Çünki hər bir dövlətin gələcəyi onun yetişdirdiyi gənc nəslin bilik və bacarıqlarından, fəal vətəndaşlıq mövqeyindən, Vətənə sevgisi və milli-mənəvi dəyərlərə bağlılığından asılıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov deyib. O, qeyd edib ki, bu gün Azərbaycan gəncinin qarşısında duran əsas vəzifələrdən biri yüksək təhsil almaq və müasir biliklərə yiyələnməkdir. Dünyada elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yalnız milli dəyərlərə bağlı olmaq kifayət etmir; eyni zamanda, müasir dünyanın tələblərinə cavab verən bilik və bacarıqlara sahib olmaq olduqca vacibdir. Xarici dilləri öyrənmək, informasiya texnologiyalarına yiyələnmək, süni intellekt və innovasiyalar sahəsində bilikləri artırmaq hər bir gəncin gələcək uğurunu şərtləndirən başlıca amillərdir.

Prezident İlham Əliyevin diqqət çəkdiyi vacib məsələlərdən biri də ideoloji təhlükəsizlikdir. Müasir dövrdə informasiya müharibəsi dünya dövlətlərinin qarşılaşdığı mühüm çağırışlardan biridir. Məlumdur ki, sosial şəbəkələrdə yayılan məlumatların heç də hamısı həqiqəti əks etdirmir. Onların təsir dairəsinə düşməməkdən ötrü gənclər informasiya savadlılığına malik olmalı, saxta məlumatları ayırd etməyi bacarmalı, Azərbaycanın tarixi və reallıqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməlidirlər.

R.Səmədov qeyd edib ki, gənclərin üzərinə düşən digər mühüm vəzifə xalqımızın milli-mənəvi dəyərlərini qorumaq və yaşatmaqdır. Qloballaşan dünyada ümumbəşəri dəyərlərə hörmətlə yanaşmaqla, mədəni inteqrasiyadan bəhrələnməklə yanaşı, gənc nəslin milli kimliyin qorunmasına səy göstərməsi, mənsub olduğu xalqın tarixi və mədəniyyətindən kifayət qədər məlumatlı olması, ana dilinə qayğı ilə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Öz tarixini, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini yaxşı bilən gənc həm xalqına və dövlətinə, həm də milli dəyərlərə sadiq olur. Vətənpərvərlik və vətəndaşlıq mövqeyi də məhz bu dəyərlərin üzərində formalaşır.

Vətənpərvərlik yalnız Vətəni sevmək haqqında danışmaq, fikir söyləmək deyil, onun inkişafı və tərəqqisi üçün əməli fəaliyyət göstərməkdir. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində Azərbaycan gəncləri öz qəhrəmanlıqları ilə tarix yazdılar. Bu gün isə həmin qəhrəmanlığın davamı bərpa və quruculuq işlərində, elm və təhsildə, iqtisadiyyatda və sənayedə, yeni texnologiyaların tətbiqində və ictimai həyatda özünü göstərməlidir. Hər bir Azərbaycan gənci seçdiyi peşədə öz vəzifə borcuna yüksək məsuliyyətlə yanaşmaqla, təhsildə və elmdə nümunəvi olmağa çalışmaqla ölkəsinin inkişafına öz töhfəsini verə bilər.

“Bu gün ölkəmizin ali məktəblərində təhsil alan, seçdikləri ixtisaslar üzrə elmi biliklərə yiyələnən tələbələr, elmi müəssisə və təşkilatlarda araşdırmalar aparan gənc alim və tədqiqatçılar ölkəmizin insan kapitalını zənginləşdirən Azərbaycan gəncliyinin aparıcı qüvvəsidir. Azərbaycanın sabahı bugünkü gənclərin əlindədir. Bu səbəbdən hər bir gənc öz qarşısına yüksək məqsədlər qoymalı, daim öz üzərində çalışmalı və əldə etdiyi bilikləri Vətənin tərəqqisinə yönəltməlidir. Güclü dövlət, sağlam cəmiyyət və parlaq gələcək məhz belə bir gəncliyin səyləri ilə qurulur”, - deyə R.Səmədov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri