Icma.az
close
up
RU
Dünya heyrət içində: Putin bunu Tbilisiyə etdi, Bakıya yox

Dünya heyrət içində: Putin bunu Tbilisiyə etdi, Bakıya yox

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Düşənbədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü dünya mediasında böyük maraqla qarşılandı. Xüsusilə Kreml rəhbərinin Bakıya qarşı kifayət qədər yumuşaq ritorikası, AZAL-ın təyyarə qəzası mövzusundakı müsbət addımları diqqət çəkdi.

Beynəlxalq analitiklər Putinin Azərbaycana yanaşmasını qonşu Gürcüstanla müqayisə edərək təəccüblərini dilə gətirirlər. Moskva və Tbilisi arasında yaranan gərginliyin 2008-ci ildə müharibə ilə nəticələnməsinə baxmayaraq, Bakıya münasibət fərqli oldu. Rusiya səhvini etiraf etdi və Azərbaycanın şərtlərinin icra ediləcəyini açıqladı.

Putinin bu addımın səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Moskva 2008-ci ildə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sərt addımlarına cavab olaraq hərbi müdaxiləyə əl atmışdı:

“Amma 2024-cü ilin dekabrından sonra Azərbaycanla münasibətlərdə Rusiya fərqli davranış göstərdi. Rəsmi Bakı gün regionda çoxvektorlu siyasət yürüdür: həm Rusiya, həm Qərb, həm də Türkiyə ilə əməkdaşlıq edir. Moskva üçün bu tarazlığı pozmaq strateji səhv olardı.

Enerji və Avropa faktoruna gəldikdə isə, Avropa İttifaqı Azərbaycan qazına artan dərəcədə ehtiyac duyur. Rusiya ilə qarşıdurma bu enerji əlaqələrini riskə ata bilərdi.

Ən əsas amillərdən biri də Türkiyədir. Bu ölkə ilə imzalanan Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyini gücləndirib. Moskva yaxşı anlayır ki, Bakıya qarşı hərbi addım Ankara ilə toqquşma demək olardı”.


Elman Telmanoğlu

Politoloq bildirib ki, Ukrayna cəbhəsində resursları tükənən Rusiya üçün yeni münaqişə həm hərbi, həm də iqtisadi baxımdan risklidir:

“Qarşılıqlı maraqlar — Azərbaycanla Rusiya arasında iqtisadi və nəqliyyat əlaqələri, həmçinin regional təhlükəsizlik məsələləri — qarşılıqlı asılılıq yaradır.

Ümumilikdə Kreml üçün Azərbaycanla qarşıdurma nə strateji, nə siyasi, nə də iqtisadi baxımdan sərfəlidir. Putin bu dəfə gücdən yox, balans və diplomatiyadan istifadə yolunu seçdi”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri