Icma.az
close
up
RU
Dünyada iş tapmaq böyük problemə çevriləcək

Dünyada iş tapmaq böyük problemə çevriləcək

Icma.az bildirir, Reyting.az portalına istinadən.


İş dünyası növbəti beş ildə “sönmə səviyyəsində” transformasiyaya məruz qalacaq. 2030-cu ilə qədər insan əməyinə ehtiyacın demək olar ki, aradan qalxacağı, yalnız beş peşə qrupunun qalacağını proqnozlaşdırırlar.
Reyting.az
xəbər verir ki, bunu süni intellekt üzrə ekspert Roman Yampolski deyib.
“Diary of CEO” podkastında çıxış edən doktor Yampolski 2027-ci ilə qədər ümumi süni intellektin (AGI) inkişaf etdiriləcəyini və bunun insanabənzər robot texnikası ilə birlikdə əmək bazarında inqilab edəcəyini bildirib:
“Beş il ərzində fiziki əmək tam avtomatlaşdırılacaq. 2030-cu ilə qədər işsizlik səviyyəsi görünməmiş səviyyəyə çatacaq. Mən 10 faizlik işsizlikdən yox, 99 faizlik işsizlikdən danışıram”.
Ekspertin fikrincə, şirkətlər xərc, sürət və səmərəlilik baxımından robotlara və süni intellektə insanlardan daha çox üstünlük verəcək və bu da “insanları işə götürməyi iqtisadi cəhətdən ağılsızlığa” çevirəcək.
Yampolskiyə görə, yalnız “insanların görməyə üstünlük verdiyi işlər” mövcud olacaq. Məsələn, bəzi insanlar güvən hissi səbəbindən hələ də mühasibatlıq və ya konsaltinq sahəsində bir insana ehtiyac duya bilər: “Uorren Baffet kimi insanlar insan mühasibindən istifadə edərdilər”.

Roman Yampolski
Mütəxəssis bildirib ki, “insan istehsalı” sənət əsərləri və ya əl işləri kiçik bazar payını qoruyacaq: “Bu, az qala fetiş olacaq. İnsan istehsalı olan məhsullara maraq davam edəcək, lakin bu, yalnız çox kiçik bir seqmenti qidalandıra bilər. Necə ki, əl istehsalı, yerli məhsullar kütləvi istehsal olunan mallardan baha satılır, insan tərəfindən hazırlanmış sənət və sənətkarlıq məhdud auditoriyaya müraciət edəcəkdir. Bundan əlavə, məsləhət, terapiya və psixologiya kimi insan təcrübəsinə və empatiyaya əsaslanan peşələr süni intellektə davamlı ola bilərlər”.
Yampolskinin fikrincə, hətta super intellekt əsrində də nələr yaşadığını səndən yaxşı heç kim bilmir və buna görə də insanlarla anlayış və əlaqə tələb edən peşələrin tamamilə yox olması gözlənilmir.
Mütəxəssis vurğulayıb ki, süni intellekt tamamilə nəzarətsiz qalmamalıdır. Buna görə də süni intellekt prosesləri üçün monitorinq, nəzarət və etik sərhədlər təyin etmək üçün ekspertlərə ehtiyac olacaq: “Süni intellektə tam nəzarət etmək mümkün olmaya bilər, lakin nəzarət prosesini beş deyil, əlli il ərzində həyata keçirmək mümkündür”.
Daha bir inkişaf edən sahə texnologiya ilə insanlar arasında körpü yaradan peşələr olacaq: “İnsanlar süni intellekti başa düşən, onu insanlara izah edə bilən şəxslərə ehtiyac duyacaqlar. Bu insanlar AI-nin şirkətlərə inteqrasiyasında mühüm rol oynayacaqlar”.
Yampolskinin proqnozları göstərir ki, süni intellekt təkcə işçi qüvvəsini deyil, həm də insanların cəmiyyətdəki yerini kökündən dəyişdirəcək. Ekspert deyir ki, texnoloji tərəqqini dayandırmaq mümkün olmasa da, insanlar bu transformasiyaya hazırlaşmalıdırlar:
“Gələcək artıq daha çox texnologiya ilə bağlı deyil, süni intellektin həyatımıza mənalı şəkildə inteqrasiyası ilə bağlıdır. Biz vaxt ala bilərik, lakin dəyişiklikləri dayandıra bilmərik”.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri