Durov 17 milyardlıq sərvətini 106 övladına vəsiyyət edəcək
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Teleqramın qurucusu Pavel Durov təqribən 17 milyard funt sterlinq dəyərində olan sərvətini 106 övladına vəsiyyət edəcək.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Durov bu barədə Fransanın “Le Point” qəzetinə danışıb.
“Təbii və ya donor yolu ilə dünyaya gəlməsindən asılı olmayaraq hamısı mənim övladımdır və bərabər hüquqlara sahibdirlər. Lakin onlar 30 yaşlarına qədər heç bir maddi pay almayacaqlar. Əvvəlcə, öz ayaqları üzərində dayanmağı, bank hesabına bağlı qalmadan yaşamağı öyrənməlidirlər”, - o söyləyib.
Qeyd edək ki, 40 yaşlı milyarder iş adamının 3 fərqli qadından 6 övladı var. Bununla yanaşı, o, 12 ölkədə onlarla ailəyə sperm donorluğu edərək daha 100-ə yaxın uşağın da bioloji atasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















