Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Düşmən dairələr Zəfər yürüşünü dayandırmaq istəyirdi

Düşmən dairələr Zəfər yürüşünü dayandırmaq istəyirdi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan lideri isə Ermənistanın ərazilərimizdən çıxmasını tələb edirdi

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində jurnalistin “Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?” – sualına cavabında dövlətimizin başçısı Azərbaycanın öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə daim sadiq qaldığını və ölkəmizin münaqişənin nizamlanmasına dair danışıqlar prosesində hər zaman beynəlxalq hüquqa əsaslandığını bildirib. Eləcə də bütün dövrlərdə münaqişənin dinc yolla həllinə çalışdığını, Moskva danışıqlarından sonra da respublikamızın bu öhdəliklərə əməl etdiyini bir daha diqqətə çatdırıb.

Dövlət başçısı videomüsahibəsində təəssüflə vurğulayıb ki, aparılan danışıqlara baxmayaraq, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Gəncə şəhərinə hücum edib: “Gecə vaxtı yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, – iki hücum olub, – həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə, o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”.

Yeri gəlmişkən, Ermənistan Azərbaycana qarşı ədalətsiz mübarizəyə, əsassız ərazi iddialarına başlayan vaxtdan etibarən daim belə riyakar mövqe tutub. Faktlara nəzər salaq: 1992-ci il mayın 7-də Ermənistanın dövlət başçısı Levon Ter-Petrosyan və Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran Prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda görüş keçirib və atəşkəs razılığı elan olunub. Cəmi bir gün sonra –1992-ci il mayın 8-də erməni ordusu Şuşanı işğal edib. Yaxud 1992-ci il fevralın 21-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə atəşkəs razılaşması imzalanıb. Beş gün sonra erməni tərəfi Xocalı soyqırımını törədib.

Başqa bir missal: 2020-ci il oktyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılıq əldə olunub. Bundan bir gün sonra – oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinə raket zərbələri endirib. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 3 bina tamamilə dağılıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan vurulub.

Azərbaycan lideri videomüsahibəsində bildirib ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, eləcə də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozmaqla mülki insanları məqsədli şəkildə öldürməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır. Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın davam edən hərbi təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dərhal dayandırılmalı və beynəlxalq ictimaiyyət işğalçının Azərbaycan xalqına qarşı bu qeyri-insani aktlarına göz yummamalıdır. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir.

Prezident İlham Əliyev videomüsahibəsində Ermənistana silah satan dövlətlərin Azərbaycan şəhər və rayonlarının bombalanması nəticəsində qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmaması üçün silah satışını dərhal dayandırmağın vacibliyini bildirib. Dövlətimizin başçısı daha sonra işğalçının bu vəhşiliyi ilə bağlı Azərbaycanın Rusiya tərəfinə ciddi narahatlığını çatdırdığını da qeyd edib: “Qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var... Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də həmin vaxt ICAO-ya müraciətində müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklərin Fövqəladə Hallar Nazirliyinin yükləri adı ilə Ermənistana ölümsaçan silahlar daşıdığını bildirib. Yeri gəlmişkən, o vaxt həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, işğalçı bu cür qaçaqmalçılıq metodlarından istifadə edib.

Dövlətimizin başçısı videomüsahibədə Ermənistan – Azərbaycan arasında vəziyyətin hələ də qaynar fazada olmasının ölkəmizin təqsiri üzündən baş vermədiyini vurğulayıb. Eyni zamanda Azərbaycanın nizamlama prinsiplərinə sadiqliyinin dəfələrlə xatırladıldığını və bu prinsiplərin çoxillik danışıqlar prosesində işlənərək hazırlandığını da bildirib.

Ölkə rəhbəri əvvəlki çıxışlarında, habelə müharibə günlərində mətbuat nümayəndələri ilə müsahibələrində Ermənistanın danışıqlar məcrasında özünü konstruktiv aparacağı halda, Azərbaycanın dərhal hərbi əməliyyatları dayandırmağa hazır olduğunu diqqətə çatdırıb: “Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də əgər erməni tərəfi nəhayət, başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq”.

Xatırladaq ki, sözügedən videomüsahibə aparılan gün Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir, işğalçı ordu isə getdikcə fiaskoya uğrayırdı. Dövlətimizin başçısı isə belə bir vaxtda da görüş keçirilməsinin, sülh danışıqlarının gerçəkləşdirilməsinin tərəfində idi. Azərbaycan lideri ordumuzun möhtəşəm uğurlarına baxmayaraq, qan tökülməsinin davam etməsini istəmədiyini, insanların həyatının qorunmasını daha üstün tutduğunu, məsələnin siyasi yolla həll edilməsi təşəbbüsü ilə çıxış etdiyini deyirdi.

Prezident İlham Əliyev müsahibədə ölkəmizin müharibədə terrorçulardan istifadə etməsi ilə bağlı səsləndirilən cəfəng iddiaları da rədd etdi və bu cür narahatlıqların əsassız olduğunu, bununla əlaqədar Vətən müharibəsi başlayandan indiyədək hər hansı bir dövlətin, eləcə də Ermənistanın Azərbaycana heç bir fakt təqdim etmədiyini bildirib. Yeri gəlmişkən, Azərbaycanın Vətən müharibəsində terrorçuya, hər hansı bir ölkənin hərbi dəstək ifadə etməsinə ehtiyacı yox idi. Dövlətimizin başçısı söhbətində vurğuladığı kimi, ordumuz savaşda, döyüş meydanında, eyni zamanda texniki təchizatda üstünlüyə malik idi. Belə bir vəziyyətin mövcudluğunu qəsbkar da yaxşı bilirdi. Əks halda, Silahlı Qüvvələrimiz Ermənistanın işğalındakı ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv etməyə gücü çatmazdı.

Onu da qeyd edək ki, savaş dövründə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer almışdı. Çünki müharibə başlayana kimi Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olmuşdu. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtləndirilirdi. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üstünlük verilir, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılırdı. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnirdi. Əməkhaqları müntəzəm olaraq artırılırdı. Ordumuzun silah-sursat, texnika ilə təchizatı da ən yüksək səviyyədə reallaşırdı.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri