Icma.az
close
up
RU
“ƏBƏDİ GERİ QALMAQ İSTƏMİRKSƏ...” Deputat qorxulu və açınacaqlı bir faktı açıqladı

“ƏBƏDİ GERİ QALMAQ İSTƏMİRKSƏ...” Deputat qorxulu və açınacaqlı bir faktı açıqladı

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır. Elmi işçilərin əksəriyyətinin maaşları isə çox aşağıdır"

Hesabat ilində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın icrası üçün 6 milyard 390 milyon manat məbləğində vəsait yönəldilib. Bu, strategiya üzrə icra edilmiş vəsaitin əvvəlki illə müqayisədə 705 milyon manat az olması deməkdir.

“AzPolitika” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Millət vəkili vurğulayıb ki, azalma əsasən adıçəkilən strategiyanın “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” istiqaməti üzrə qeydə alınıb: “Halbuki dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu istiqamətində, xüsusən də regionlarda yığılıb qalmış problemlərin – o cümlədən layiqli əməkhaqqı olan rəqabətədavamlı iş yerlərinin açılması istiqamətində – görülməsi vacib olan xeyli işlər mövcuddur.”

Ə. Məsimli qeyd edib ki, 2024-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 197,2 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 38,9 milyon manat və ya 16,5 faiz azdır: “Hesabat ilində elm xərcləri ÜDM-in 0,16 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır. Elmi işçilərin əksəriyyətinin maaşları isə çox aşağıdır. Əbədi geri qalmaq istəmiriksə, fikirdə, sözdə və əməldə elmə münasibət köklü surətdə dəyişdirilməli, elmin maliyyələşdirilməsinin beynəlxalq hədəflərinə doğru hərəkətini təmin etmək üçün bu sahədə köklü islahatlar aparılmalıdır. Elmin maliyyələşdirilməsinin bütün ağırlığı dövlət vəsaitinin üzərində olmamalı, digər mənbələrdən də istifadə edilməsinin işlək mexanizmi hazırlanaraq həyata keçirilməlidir. Müqavilə münasibətləri və digər mütərəqqi üsul və vasitələrlə, sözün əsl mənasında, elmlə məşğul olan şəxslərin öz intellektual qabiliyyətini 500-700 manatlıq maaş çərçivəsindən çıxarıb potensialına uyğun daha yüksək gəlir əldə etməsi üçün əlverişli şərait yaradılmalıdır. Əgər islahatlar yolu ilə elmin iqtisadiyyata inteqrasiyasına nail ola bilsək, həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox gəlir gətirəcək.”

Millət vəkili əlavə edib ki, fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsində 20 milyon manata yaxın vəsait ayrılır. Onun sözlərinə görə, son illər fövqəladə halların sayı və təbii fəlakətlərin törətdiyi dağıntı və vurduğu ziyanın miqyası artdığından, bu istiqamətdə yaranmış problemləri və əhaliyə dəymiş ziyanı vaxtında aradan qaldırmaq üçün əlavə vəsait ayrılması və ya büdcənin ehtiyat fondlarının vəsaitindən istifadə olunması vacibdir.

Ə. Məsimli bildirib ki, 2024-cü ildə kənd təsərrüfatı xərclərinə dövlət büdcəsi xərclərinin 3,1 faizi həcmində – yəni 1 milyard 159 milyon manat vəsait yönəldilib. Onun sözlərinə görə, dayanıqlı və artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivədə hər il orta hesabla kənd təsərrüfatının 4 faiz artması nəzərdə tutulub: “Lakin statistik məlumatlara əsasən, 2022–2024-cü illərdə kənd təsərrüfatı hər il orta hesabla 2,6 faiz, 2024-cü ildə isə cəmi 1,5 faiz artıb. Aparılan araşdırmalar göstərir ki, şəffaflıq, hesabatlılıq və nəzarət mexanizmlərinin effektiv kombinasiyasına nail olmaqla, kənd təsərrüfatına ayrılan vəsaitin istifadəsinin səmərəliliyini yüksəltmək və bir sıra təşviqedici tədbirlər həyata keçirməklə bu sahədə orta illik artım tempini 5 faizdən yuxarı səviyyəyə çatdırmaq mümkündür. Bu məsələnin təxirəsalınmadan uğurlu həlli ölkəmizdə yerli istehsalın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması və kənd əhalisinin güzəranının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.”

Rasim Əliyev
“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri