ƏDV ilə bağlı ŞAD XƏBƏR Yeni güzəştlər olacaq Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mədəniyyət sektorunda vergi güzəştlərinin dairəsi genişlənir.
Oxu.Az xəbər verir ki, bu sahədə çalışan sahibkar subyektləri üçün növbəti beş il müddətinə torpaq vergisi tam, mənfəət vergisi isə 90% güzəştlə tətbiq olunacaq. Yəni sahibkarlar torpaq vergisindən tam azad olunur, mənfəətin, ya gəlirin isə yalnız 90%-i azad olunur.
Eyni zamanda vergi güzəştlərindən istifadə edən subyektlərin sayı artırılır. Əvvəllər bu siyahıda yalnız film çəkilişi ilə məşğul olanlar idisə, artıq yeni qaydalara əsasən, teatr, muzey, simfonik orkestr və film prodüserləri də bu güzəştdən istifadə edə biləcəklər.
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı nağdsız ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq. Bu o deməkdir ki, bu sahədə olan ödənişlər üçün əlavə dəyər vergisinin yarısı keşbek olaraq hesaba qaytarılacaq.
Deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu layihə artıq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində birinci oxunuşda qəbul olunub və plenar iclasa tövsiyə edilib.
O həmçinin qeyd edib ki, bu güzəştlər mədəniyyət sektorunu dəstəkləmək üçündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















