Icma.az
close
up
RU
“Əgər bu müstəqillik kiminsə xətrinə dəyirsə...”

“Əgər bu müstəqillik kiminsə xətrinə dəyirsə...”

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dövlətin gücü yalnız iqtisadi imkanları və hərbi qüdrəti ilə ölçülmür. Əsl güc həm də öz qərarlarını müstəqil qəbul etmək, öz siyasətini özü müəyyənləşdirmək və heç bir təzyiq qarşısında öz yolundan dönməməkdir. Azərbaycan bu gün məhz belə bir mərhələyə gəlib çatıb. Öz taleyimizi özümüz müəyyənləşdiririk. İlham Əliyev qurultay çıxışında Azərbaycanın artıq orta güc dövləti kimi qiymətləndirildiyini və iqtisadi müstəqilliyimizin təmin olunduğunu vurğuladı”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. 

O, bildirib ki, Prezident dövlət təhlükəsizliyimizlə bağlı bütün təhdidlərə hazır olmağımızın vacibliyini diqqətə çatdırdı:

“Suveren qərarvermə məsələsində mövqeyimiz aydındır: heç kim bizim işimizə müdaxilə edə bilməz. Öz siyasətimizi özümüz müəyyənləşdiririk. Geosiyasi balansı müxtəlif güc mərkəzləri ilə münasibətlər üzərində qurur, bütün tərəflərlə bərabər və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsinə çalışırıq. Enerji və regional rolumuzla bağlı mövqeyimiz də açıq şəkildə ortaya qoyuldu. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də mühüm geosiyasi faktordur. İslam dünyası ilə bağlı məsələlərdə isə həmrəyliyimizin gücləndirilməsi və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Yəni bizim üçün strateji əhəmiyyət daşıyan bütün istiqamətlərə toxunuldu və gedəcəyimiz yol bəlli edildi”. 

R.Hüseynovun sözlərinə görə, suveren Azərbaycanın yeni geosiyasi mərhələdə təhlükəsizlik, iqtisadiyyat, xarici siyasət, ideoloji təhlükəsizlik, azad edilmiş ərazilərdə yeni həyatın qurulması və beynəlxalq mövqeyi üzrə strateji prioritetlərini sistemləşdirən siyasi konsepsiyamız ortaya qoyuldu:

“Bəli, bizim dostlarımız və strateji tərəfdaşlarımız çoxdur. Lakin dövlətin qərarını biz özümüz veririk. Bu, bizim müstəqilliyimizdir. Biz öz taleyimizi özümüz müəyyənləşdiririk. Əgər bu müstəqillik kiminsə xətrinə dəyirsə və həmin tərəf buna görə manipulyativ addımlar atırsa, deməli, ya həmin insanın siyasi biliyi o səviyyədədir, ya da bizə qarşı düşmən olan tərəfdə yer alanlardandır. Bu çıxış çoxlu maskaları cırdı. Bu cırılmış maskaları hamı tanısın. Kimin hansı mövqedə dayandığı, kimin Azərbaycanın müstəqil siyasətini qəbul etdiyi, kimin isə bundan narahat olduğu artıq daha aydın görünür. Bu, bir çıxışın əməyidir. Biz yolumuzdan dönməməliyik. Çünki bu yol, cənab Prezidentin dediyi kimi, şərəfli yoldur”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri