Icma.az
close
up
RU
Əgər oğlumun dalağı və ödü yoxdursa, ona niyə əlillik verilmir? ŞİKAYƏT

Əgər oğlumun dalağı və ödü yoxdursa, ona niyə əlillik verilmir? ŞİKAYƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Yardımlı rayonu, Bürzünbül kənd sakini Hətəmov Zeynal Böyükağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlunun dalağı və ödü əməliyyatla çıxarılsa da, ona əlillik verilmir: 

“Hörmətli Redaksiya!

Məlumat üçün bildirim ki, hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayıram. Oğlum Hatəmli Yusif 2016-cı ildə anadan olub. Anadan olan vaxtdan xəstədir.

2018-2021-ci ilədək əlillik üçün müavinat aldıq. 2022-ci ildə də "forma 88" göndərdik. 24.10.2024-cü ilədək müavinat alırdıq. Noyabr ayında yenidən qeydiyyatdan keçdik. Lakin bu dəfə imtina cavabı verildi. 

Qeyd edim ki, oğlum 2023-cü ildə əməliyyat olunub. Dalaq və ödü çıxarılıb. Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?

Xəstəlik səbəbindən məktəbə də normal gedə bilmir.  2 orqanı çıxarıldıqdan sonra qarnında limfa düyünləri yaranıb".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Yardımlı rayon sakini 28.07.2016-cı il təvəllüdlü Hətəmli Yusif Zeynal oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 04.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib:

"Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Belə ki, şəxsin instrumental və laborator müayinə (Qanın ümumi analizi, USM) nəticələrində əlillik təyinatına əsas verən ağırlaşmalar müşahidə edilməyib.

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib".

Aynurə İSMAYIL

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri