Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

“Əgər qalib gəlmək şansı varsa, bu, Məmmədyarova məxsusdur” Anar Allahverdiyevin ə MÜSAHİBƏSİ

“Əgər qalib gəlmək şansı varsa, bu, Məmmədyarova məxsusdur” Anar Allahverdiyevin ə MÜSAHİBƏSİ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanda şahmat üzrə Dünya Kuboku start götürüb. Turnirdə Azərbaycanı altı şahmatçı təmsil edəcək. 1/64 final mərhələsində (1-3 noyabr) Aydın Süleymanlı Tailand təmsilçisi Prin Laoxavirapapla, Əhməd Əhmədzadə hindistanlı qrossmeyster Surya Şexar Qanquli ilə, Nicat Abasov özbəkistanlı Məhəmmədzohid Suyarovla, Riad Səmədov isə italiyalı Lorentso Lodici ilə qarşılaşacaq.

1/32 final mərhələsindən (4-6 noyabr) isə mübarizəyə Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da qoşulacaqlar. Onlar müvafiq olaraq Şon Rodriq-Lemye (Kanada) - Gerqeli Kantor (Macarıstan) və Rasmus Svane (Almaniya) - Fakundo Vaskes (Uruqvay) cütlərinin qalibləri ilə üz-üzə gələcəklər.

İdman.Biz Azərbaycan şahmatçılarının bu turnirdəki perspektivləri barədə tanınmış şahmat məşqçisi Anar Allahverdiyevlə həmsöhbət olub.

- Şahmatçılarımızın Dünya Kubokundakı şanslarını necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu qeyd edim ki, bu, çox gərgin turnirdir: burada ən güclülərdən ən güclüləri iştirak edir. İki oyundan ibarət “pley-off” sistemi Dünya Kubokunu xüsusilə proqnozlaşdırılmaz edir və onu digər yarışlardan fərqləndirir. Format həqiqətən çətindir - əvvəlcə iki klassik görüş, sonra isə zərurət yaranarsa rapid və blits partiyalar keçirilir. Bütün bunlar oyunçulardan çoxşaxəli bacarıq və bütün şahmat növlərində yüksək səviyyə tələb edir.

Proqnoz vermək çətindir, lakin düşünürəm ki, şahmatçılarımız bu yarışda da ləyaqətlə çıxış edəcəklər - son dövrlərdəki böyük turnirlərdə olduğu kimi. Bu il bizi, səhv etmirəmsə, altı iştirakçı təmsil edir. Onların arasında gənc şahmatçılar da var - təbii ki, onlara bir qədər çətin olacaq. Amma məsələn, Süleymanlı artıq Dünya Kubokunda iştirak edib və müəyyən təcrübəyə malikdir. Məmmədyarov və Məmmədov kimi oyunçular isə artıq illərdir bu səviyyədə çıxış edən tanınmış ustalardır. Əlbəttə, onların təcrübəsi öz sözünü deyəcək.

İdmançılarımızın Dünya Kubokunu qazanıb-qazanmayacağını demək çətindir. Əgər kimsənin qələbə şansı varsa, bu, Məmmədyarovdur. Turnir ciddi mükafat fondu ilə fərqlənir. Buna görə də “uğurlu çıxış” anlayışı burada geniş mənada başa düşülür - həm yaxşı gəlir əldə etmək, həm də şəxsi reytinqi artırmaq mümkündür.

- Gənc şahmatçılarımızın hazırkı formasını necə qiymətləndirirsiniz?

- Bizdə çox perspektivli bir nəsil yetişir. Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq yığmanın heyətində yer alırlar - bu da göstərir ki, gənc oyunçular tədricən ən güclülər arasında öz yerini tutur. Əhməd Əhmədzadə də çox istedadlı şahmatçıdır, cəmi 20 yaşı var, amma potensialı böyükdür. Abdulla Qədimbəyli - gənclər arasında dünya çempionudur, bu fakt özü onun səviyyəsinin yüksək olduğunu göstərir. Həmçinin Xaqan və bir neçə başqa gənc oyunçu da yetişir ki, onlar gələcəkdə güclü qrossmeysterlərə çevrilə və Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edə bilərlər.

Ümumilikdə vəziyyət yaxşıdır: bizdə davamlılıq var, ənənələri davam etdirənlər yetişir. Əlbəttə, elit səviyyəli şahmatçılar hər gün doğulmur - burada istedadın da böyük rolu var. Məsələn, futbolda olduğu kimi: Argentinada milyonlarla futbolçu var, amma Maradona və ya Messi kimi oyunçular tək-tükdür.

Azərbaycan Şahmat Federasiyası çox düşünülmüş və ardıcıl siyasət aparır. Gənc şahmatçılar inkişaf üçün geniş imkanlar qazanırlar, mütəmadi olaraq təlim-məşq toplanışları, seminarlar keçirilir, dünya səviyyəli mütəxəssislər dəvət olunur. Aydın strateji planlaşdırma mövcuddur və ölkədə şahmatın inkişafı istiqamətində işlər yüksək səviyyədə aparılır.

- Gənc şahmatçılarımız üçün bu il asan keçməyib: Aydın Süleymanlının reytinqi ilin əvvəlindən bir qədər aşağı düşüb, Məhəmməd Muradlı isə “Grand Swiss” turnirində uğursuz çıxış edib. Sizcə, bu nəyin nəticəsidir?

- Mən deməzdim ki, onların ili uğursuz olub. Əksinə, hər birinin ciddi nailiyyətləri var. Aydın Süleymanlı milli komandanın heyətində çıxış edib və ləyaqətli nəticə göstərib - komanda Avropa çempionatında ikinci yeri tutdu. O, həmçinin Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirinin “B” qrupunda birinci-ikinci yerləri bölüşdü. Cüzi fərqlə əsas turnirə vəsiqə qazana bilmədi. Məhəmməd Muradlıya gəldikdə isə, o, bu il hərbi xidmətdə olub. Şahmatla bunu eyni vaxtda aparmaq olduqca çətindir, amma buna baxmayaraq, o, yenə də yığma komandanın heyətinə düşə bildi.

- Yenidən Dünya Kubokuna qayıdaq. Sizcə, bu turnirin favoritləri kimlərdir?

- Favoritlər arasında, şübhəsiz ki, Hindistan və ABŞ şahmatçılarını qeyd etmək olar. Hindistan təmsilçiləri ənənəvi olaraq çox güclüdürlər - Rameşbabu Praqnanandxa, hazırkı dünya çempionu Qukeş Dommaraju, Arjun Eriqaisi. Nihal Sarin də çox sabit oyun nümayiş etdirir. ABŞ-li qrossmeyster arasında isə əsas favoritlər Hikaru Nakamura, Fabiano Karuana və Uesli Sodur. Onların hər biri əla formada və böyük təcrübəyə malikdir. Ola bilər ki, gənc oyunçular da özlərini göstərə bilsinlər. Məsələn, son zamanlar almaniyalı Vinsent Keymer çox yaxşı çıxış edir. Güclü iddiaçılar arasında fransalı, İranəsilli şahmatçı Alireza Firuzca da var - o, davamlı olaraq yüksək səviyyədə çıxış edir.

- Elə fikirlər səslənir ki, Azərbaycan hələlik Hindistan və ABŞ kimi şahmat gücləri ilə rəqabət apara bilmir. Sizcə, ölkəmiz nə vaxt bu dövlətlərlə bərabər səviyyədə mübarizə apara biləcək?

- Bu fikir müəyyən dərəcədə obyektivdir. Biz başa düşməliyik ki, Azərbaycan kiçik ölkədir. Yüz milyonlarla, hətta milyardlarla əhalisi olan dövlətlərlə rəqabət aparmaq asan deyil. Təbii ki, bu, inkişaf üçün imkanların ölçüsünə də təsir edir.

Bununla belə, miqyas fərqinə baxmayaraq, biz artıq onlarla uğurla rəqabət aparırıq – həm fərdi qarşılaşmalarda, həm də komanda yarışlarında. Bəli, ola bilsin, hazırda Hindistan və ABŞ oyunçularının ümumi sayı və sabitliyi baxımından daha güclüdürlər. Amma ölkəmizin ölçüsünü nəzərə alsaq, azərbaycanlı şahmatçıların səviyyəsi həqiqətən yüksəkdir. Oxşar əhali sayına malik bir çox ölkə belə nəticələrlə öyünə bilmir.

Bundan əlavə, Hindistan və ABŞ-da hazırda şahmata çox böyük diqqət yetirilir: oraya böyük maliyyə resursları yönəldilir. Bu ölkələrdə şahmat artıq həqiqi mənada populyar idman növünə çevrilib. Yadda saxlamaq lazımdır ki, 30–40 il əvvəl Hindistanda faktiki olaraq yalnız bir tanınmış şahmatçı - Vişvanatan Anand var idi. İndi isə orada onlarla dünya səviyyəli qrossmeyster yetişib. Bu, uzunmüddətli dövlət siyasətinin və ciddi investisiyaların nəticəsidir. Odur ki, bəli, bizim üçün asan deyil - “çəki dərəcələrimiz” fərqlidir. Amma bütün bunlara baxmayaraq, biz mübarizə aparırıq və inkişaf edirik.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see203

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see174

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see171

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri