Icma.az
close
up
RU
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? Birdə birə niyə belə bir oyuna əl atıldı?

Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? Birdə birə niyə belə bir oyuna əl atıldı?

Icma.az bildirir, Mia.az portalına istinadən.

Qəbul imtahanlarına qanunsuz müdaxilə ittihamı ilə həbs edilən təhsil eksperti Kamran Əsədovun ötən ilin 27 noyabrında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gözlənilməz "seçkisi"ndən iki ay ötsə də, o prosesin "yanğısı" hələ də davam edir.

Poliqon-a daxil olan məlumata görə, həmin vaxtı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovun şifahi razılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin isə birbaşa iştirakı ilə həbs təhlükəsiylə üz-üzə olan Kamran Əsədovun birdən-birə mötəbər bir quruma sədr gətirilməsi bir çox dairələrdə, o cümədən Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən çox sərt qarşılanıb.

Hazırda 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifad) maddələri ilə ittiham olunaraq məhkəmə zalında həbs olunan Kamran Əsədovun ETİHİ-nin Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi ETN-nin sürətli hərəkətlənməsinə səbəb olub.

"Həmin xəbər ilk olaraq modern.az saytında yayıldı. Kamran Əsədov hətta o sayta təyinatını təsdiqlədi. Lakin qısa zaman sonra ETN-nin müdaxiləsiylə həmin xəbər nüfuzlu saytlardan silinməyə başladı. Lakin Kamran Əsədov və Araz Paşayev geri çəkilmək niyyətində deyillərdir. Yəqin onlar AHİK sədri Sahib Məmmədovun arxalarında sonədək dayanacağın düşünürdülər. Təsadüfi deyil ki, xəbərlər silinməklə təyinat qeyri-rəsmi təkzib olundu. Lakin belə bir anda Kamran Əsədov feysbuk profilində yeni iş yerini yenilədi, hətta AHİK və ona yaxın çevrələrdə bu xəbər rəsmən təkzib olunmadı. Üstəlik, Kamran Əsədov yeni iş yerindəki kabinetinə belə ayaq açdı. Məhz bundan sonra qeyzlənən qarşı yuxarı təşkilatların təzyiqi ilə Sahib Məmmədov-Araz Paşayev cütlüyü Kamran Əsədovla bağlı qərarı geri oxumağa məcbur oldu", deyə mənbə Poliqon-a bildirib.

Məlumata görə, həmin vaxtı Sahib Məmmədovun qarşısına qanunun tələbləri qoyulub.

"Həmin tələblərdə isə bildirilir ki, ilk həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı rayon, şəhər hüquqlu komitələrinin rəhbərləri (sədr və müavinlər) həmin komitələrin tərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilir, müvafiq olaraq yuxarı həmkarlar ittifaqı orqanının Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli sayılır.

Yığıncaq, konfrans, həmkarlar ittifaqı komitəsirəhbərliyinə və müavinliyinə namizədlər barədə yığıncaqda, konfransda ayrı-ayrılıqda bülletenlərə daxil edilməklə seçki aparılır və bu qərarın təsdiqi üçün yuxarı həmkarlar ittifaqı orqanına, yəni AHİK sədri Sahib Məmmədova müraciət edilir. Məhz onun təsdiqindən sonra "təyinat" qüvvəyə minməliydi. Lakin qeyd etdiyimiz kimi, məsələnin olduqca şişməsi Sahib Mımmədov-Araz Paşayev tandeminin geri çəkilməsinə səbəb oldu", - deyə mənbə qeyd edib.

Mənbə bildirib ki, təyinatdan qısa müddət sonra Kamran Əsədov haqqında Baş Prokurorluğun məlumat yayması və bunun ardınca onun məhkəmə zalında həbs olunması Araz Paşayevlə yanaşı, AHİK sədrinin özünü də "dalan"a dirəyib.

Bəs "Həmkar"ların rəhbərliyinin Kamran Əsədova bu jestinə səbəb nəydi? Birdə-birə niyə belə bir oyuna əl atıldı? Onlar doğrudan da bu prosesin "partlayacağı"nı bilmirdi, yoxsa, yoxsa Emin Əmrullayevə hansısa sətiraltı gizli mesaj ötürülürdü?

Bu və ya digər iddialarla bağlı araşdırmamız olacaq/Poliqon.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri