Icma.az
close
up
RU
Ekspert naziri debata çağırıb

Ekspert naziri debata çağırıb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Elm və təhsil naziri Emin Əmrullayevin dünəki brifinqi yenə də təhsildə baş verənləri, real vəziyyəti əks etdirmirdi. Əslində cəmiyyəti və mətbuatı real vəziyyətdən yayındırmaq xarakteri daşıyırdı. Nazirin "Azərbaycan təhsil eksperti yoxdur" fikrinə gəlincə, təhsil eksperti sosial statusdur, rəsmi vəzifə deyil, rəsmi kriteriyaları da yoxdur. Mətbuat və ya cəmiyyət buna təhsil eksperti deyir. Nazir olimpiadalardan, istedadlı uşaqlardan da danışdı. Niyə qeyd etmədi ki, istedadlı uşaqlarla iş ölkədə məhv edilir? Nazir niyə danışmır ki, özünün də, elə mənim də bitirdiyim Fizika-riyaziyyat və informatika təmayüllü lisey bir ildən çoxdur ki, direktorsuzdur. Ora direktor əvəzi Azərbaycan dili və ədəbiyyat müəllimi qoyulub. Nazir niyə bunu danışmır bəs, lisey və gimnaziyalara qəbul üçün keçirilən sınaqlara hətta mayın 31-dək biletlər satılır, amma mayın 25-də deyilir ki, biz yalnız VI sinfi bitirənləri liseyə qəbul edirik. Dünyada istedadlı uşaqlarla iş 3 yaşdan başlayır, bəs niyə Azərbaycandakı lisey və gimnaziyalarda ibtidai siniflər bağlanır? Beş, altı, yaxud yeddi, səkkiz, doqquzuncu siniflərə qəbul niyə dayandırılıb? Axı nazirin özünün oxuduğu Fizika-riyaziyyat və informatika təmayüllü lisey doqquzuncu sinif də daxil olmaqla qəbul var idi. Necə ola bilir ki, ölkədə bu qədər riyaziyyatçı və ya digər sahələr üzrə mütəxəssislər yetişə bilir? Nazir niyə demir ki, istedadlı uşaqlarla iş bazara çevrilib?”
Reyting.az
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil mütəxəssisi Elşən Qafarov deyib.
“Lisey və gimnaziyalar üçün imtahanı təhsil institutu keçirir və məlum olur ki, suallar sızdırılıb. Haradan sızdırılıb? Təhsil İnstitutunun işçiləri görürlər ki, hamı bazar açıb, qazanır. Onlar da sualları satırlar. Nazir bunları niyə brifinqdə danışmadı? Nazir səbəbini niyə demir ki, təqribən, beş-yeddi il əvvəl beynəlxalq olimpiadalarda yer tutan istedadlı uşaqlarımızın sayında kəskin eniş var. Lisey və gimnaziyalara mərkəzləşmiş imtahan keçirirlər və humanitar sahədə qabiliyyəti olan şagirdlə texniki sahədə istedadlı olan şagirdə eyni sual verilir, humanitar təmayüllü uşaq riyaziyyat təmayüllü gimnaziyaya düşür, yaxud əksinə. Nazir bunları niyə açıqlamır? Təhsili ölkədə niyə bu qədər bərbad vəziyyətə saldığını, təhsilin ancaq imtahanlardan ibarət olduğunu niyə danışmır? Bəli, “təhsil eksperti” adlı xüsusi bir vəzifə yoxdur. Mən Emin Əmrullayevi debata dəvət edirəm. Ümumtəhsil, məktəbəqədər təhsil sahəsində baş verən dağıdıcı fəaliyyətini müzakirə etmək istəyirəm. Onun cəsarəti çatarmı? Sadəcə, brifinqdə monoton şəkildə danışdı ki, yox, elə deyil, belədir. Madam ölkədə təhsil eksperti, təhsil mütəxəssisi yoxdur, yaxud Nazirlik bunu qəbul etmirsə, olsun. “Nazirlik” deyəndə Emin Əmrullayev qəbul edilir. Çünki biz təhsil mütəxəssisləri Emin Əmrullayev və onun yaxın adamlarının bütün korrupsiya əməllərini, ölkə təhsilini dağıtmaq yolunda göstərdiyi fəaliyyəti ifşa edirik. Azərbaycan televiziyalarının hər hansı birində, yaxud brifinqdə şəxsən mən Elşən Qafarov olaraq onu debata çağırıram. Azərbaycan təhsilinin son beş ildə düşdüyü vəziyyəti bir yerdə müzakirə edək. Emin Əmrullayevin cəsarəti çatırsa, tanımadığı təhsil mütəxəssisələrini, ekspertləri, təhsil texnoloqlarını – adımızı necə adlandırırsa, bizimlə birgə brifinqə çıxsın. Biz bunu keçən brifinqdə də təklif etmişdik. Faktlarla danışaq ki, Azərbaycan təhsili nə qədər bərbad və rəzil günə salınıb”, - o bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri