Icma.az
close
up
RU
“Elə bil nənələrimiz, analarımız uşaq doğmayıb” Tanınmış həkim qeysəriyyə sayının artmasından DANIŞDI

“Elə bil nənələrimiz, analarımız uşaq doğmayıb” Tanınmış həkim qeysəriyyə sayının artmasından DANIŞDI

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bizim toxunmaq istədiyim məqam göstəriş olmadığı halda edilən qeysəriyyə əməliyyatlarıdır. Ananın və uşağın taleyi üçün risk varsa, mütləq əməliyyat edilməlidir. Ancaq hamı bilir ki, qeysəriyyə əməliyyatına göstəriş vermək üçün say bu qədər çox deyil. Dünya statistikası göstərir ki, sadəcə tibbi göstərişə görə qeysəriyyə əməliyyatı olarsa, bu rəqəm ümumi doğuş sayının 15%-ni təşkil edər. Hansı ki, bu, ideal rəqəmdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. 
“Bəs kim bizi qeysəriyyəyə tələsdirir?Kənardan baxanların ağlına gəlir ki, həkim biraz daha çox pul qazanmaq üçün pasienti əməliyyata yönəldir. Bu fikir tamamilə yanlışdır. Oradakı alınan məbləğ həkimin cibinə yox, əməliyyatxananın xərcinə gedir, tibb müəssisəsi belə qazanc əldə etmir. Mənə görə məsələ tamamilə psixolojidir. Qeysəriyyə loru dildə desək, can rahatlığıdır. Doğuş zamanı qadın özü, qayınanası, xalası qızı həkimə zəng vurur ki, sancı var. Xəstəxanaya gəldikdən sonra da 5 dəqiqədən bir həkimə zəng edirlər. Həkimin həmin günü məhv olur. Həkim gəlib 18 saat xəstənin başında gözləyir. Həkimin bir insan olaraq bütün işləri ləğv edilir. Ona görə də düşünürlər ki, 15 dəqiqəlik əməliyyat ilə məsələni həll edər. Nə qədər vicdanlı olsan da, psixologiya bir yerdən sonra qopur. Bütün bunlar həkim tərəfdən yanaşmadır”. 
O bildirib ki, elə bil nənələrimiz, analarımız uşaq doğmayıb:
“Xəstələr isə 5 dəqiqədən bir panika olurlar. Panika hazırda milli genofondumuzun bir hissəsinə çevrilib. Ordan-burdan eşitdiyi sözlərdən qorxan pasient axırda deyir ki, əməliyyat olunmaq istəyir. Bununla da həkim əməliyyata sövq etdirilmiş olur. 
Məsələnin bir həll yolu var. Nə qədər ki, sənin xəstən, mənim hamiləm, mənim doğuşum, sənin doğuşun anlayışı var olacaq, heç zaman qeysəriyyələrin sayı azalmayacaq. Növbətçilik sistemi olmalıdır. Bir neçə saatdan bir növbə təhvil verilməlidir. Xəstə də uzanıb doğuşunu gözləməlidir. Növbəni götürən həkim protokollarla tanış olub prosesi davam etdirməlidir. Heç kim tələsmir, panika yaşamır. Dədə-babadan qalma sistemdə və Türkiyənin hazırda dövlət xəstəxanalarında proses belə davam edir. Həkimin 18 saat xəstənin başında gözləməsi, qohumların uydurma suallarına cavab verməsi absurd hal alır və həkimlər əməliyyata meyl edirlər”.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri