Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur SƏBƏB
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elektrikli avtomobillərin kamera, sensor və məlumat toplama imkanları bir sıra ölkələrdə təhlükəsizlik narahatlıqlarına səbəb olub. Türkiyə, Polşa, Almaniya və Çexiya da daxil olmaqla müxtəlif ölkələrdə xarici istehsal olan avtomobillərin hərbi və strateji obyektlərə girişinə məhdudiyyətlər tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, müasir avtomobillərin ətraf mühiti görüntüləməsi, məkan məlumatlarını toplaması və internet vasitəsilə məlumat ötürməsi həssas hərbi məlumatların təhlükəsizliyi ilə bağlı suallar yaradır.
Türkiyədə ASELSAN, ROKETSAN, HAVELSAN və TEI kimi müdafiə sənayesi müəssisələri xarici elektrikli avtomobillərin kampuslarına girişini məhdudlaşdırıb. Polşada isə 2026-cı ilin fevralında Çin istehsalı olan avtomobillərin mühafizə olunan hərbi obyektlərə girişinə qadağa qoyulub.
Almaniyada Çin istehsalı olan avtomobillərin bəzi hərbi və kəşfiyyat obyektlərinin dayanacaqlarına girişinə icazə verilmir. Çexiyada da müəyyən avtomobil modellərinə hərbi obyektlərdə məhdudiyyətlər tətbiq olunur.
Böyük Britaniya, İsveçrə və Fransada da məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar mövcuddur. ABŞ-də isə müəyyən avtomobillərin 2027-ci ildən hərbi obyektlərə girişini məhdudlaşdırmağa yönələn qanunvericilik təşəbbüsləri gündəmdədir.
Qeyd edək ki, Çin də 2021-ci ildə “Tesla” avtomobillərinin hərbi obyektlərdə istifadəsinə məhdudiyyətlər tətbiq etmişdi.
Təhlükəsizlik tədbirlərinin əsas səbəbi avtomobillərin topladığı görüntü və məkan məlumatlarının həssas informasiyanın qorunmasına risk yarada bilməsidir. Bununla belə, məlumat toplamaq imkanının olması onların mütləq şəkildə xarici tərəflərə ötürüldüyünü sübut etmir.
Məhdudiyyətlər əsasən hərbi və strateji obyektləri əhatə edir və bütün elektrikli avtomobillərin istifadəsinə ümumi qadağa demək deyil.
Eltac Züflüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Oktyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















