Icma.az
close
up
RU
Əliyev xatırlatdı, Paşinyan ermənilərə mesajı dəyişdi İkibaşlı açıqlama

Əliyev xatırlatdı, Paşinyan ermənilərə mesajı dəyişdi İkibaşlı açıqlama

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüş Bakı-İrəvan münasibətlərində gərginliyin azalması istiqamətində müsbət hadisə kimi dəyərləndirildi. Albaniyada keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutan qeyri-rəsmi görüşündən yayımlanan kadrlarda tərəflər arasında müəyyən bir diplomatik səmimiyyətin formalaşdığı müşahidə olunur.

Bununla belə, Paşinyanın görüşlərdən dərhal sonra verdiyi bəzi açıqlamalar sülh prosesi ilə bağlı suallar doğurur. Ermənistan liderinin daxili və xarici auditoriyaya yönəlmiş ziddiyyətli ritorikası, bir tərəfdən Bakıya sülh danışıqlarına sadiqlik mesajı verməyə çalışsa da, digər tərəfdən “heç nədə razılaşmadım” ab-havası yaradaraq prosesi zərbə altına qoyur. Analitiklər bu davranışı Paşinyanın daxili siyasi balansı qorumaq cəhdi və ya müəyyən xarici mərkəzlər qarşısında mövqe nümayişi kimi izah edirlər.

Bakı-İrəvan danışıqlarında son vəziyyət nədir? Sülh sənədinin yaxın zamanda imzalanması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, Paşinyanın bəyanatları artıq ənənəvi xarakter alıb:

“Bu, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin sülhdən nə qədər uzaq olduğunu açıq şəkildə göstərir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfi sülh istəmir, sadəcə vaxt qazanmağa çalışır. Bütün manipulyativ çıxışların məqsədi də məhz budur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı son bəyanatları buna bariz nümunədir. Sülhü imitasiya oyunu Ermənistanın və onu dəstəkləyən qüvvələrin ənənəvi ritorikasının təzahürüdür. Hətta İrəvan rəsmilərinin sülh mətninin 17 bəndi üzrə razılığın əldə olunması ilə bağlı çıxışları da bu məqsədə xidmət edir.


Aytən Qurbanova

Natamam sülhü hədəfləyən Paşinyan və onun himayədarlarının əsas məqsədi heç də regionda sabitliyin təmin olunması deyil. Amma onların niyyətindən asılı olmayaraq, Azərbaycanın konkret tələbləri var və bunlar gec-tez yerinə yetiriləcək. Prezident İlham Əliyevin Albaniyada və Macarıstanda verdiyi mesajlar həm Ermənistana, həm də onu dəstəkləyən qüvvələrə bu tələblərlə bağlı konkret mövqeyimizi bir daha aydın şəkildə xatırlatmış oldu.

Yəni, Ermənistanın Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı real addımlar atılmadığı müddətcə, Paşinyan tərəfindən verilən sülh bəyanatlarının heç bir nəticəsi ola bilməz.”

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri