Icma.az
close
up
RU
“Elm” nəşriyyatı 2024 cü ildəki fəaliyyətinə dair hesabat verib AZƏRTAC

“Elm” nəşriyyatı 2024 cü ildəki fəaliyyətinə dair hesabat verib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin iclasında “Elm” nəşriyyatının 2024-cü ilə dair hesabatı dinlənilib.

AZƏRTAC xəbər verir ki, hesabatı “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov təqdim edib. Qeyd edilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm” nəşriyyatında “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Qlobal ekoloji problemlər” adlı kitab, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları və s. nəşr olunub.

Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar isə “Böyük Azərbaycan şairi Füzuli”, “Füzuli sənətkarlığı”, “Füzulinin ərəbcə poetik irsi” monoqrafiyaları, o cümlədən “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın tezisləri işıq üzü görüb. Bundan əlavə, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından Azərbaycan elminin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin biblioqrafik göstəriciləri çap olunub.

Çoxcildlik əsərlərdən isə “Qərbi Azərbaycan folkloru. III cild”, “Cəmiyyətin sosial və mənəvi həyatındakı islahatların fəlsəfəsi. XV-XVI cild” kitabları işıq üzü görüb.

Eyni zamanda, “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Nəzəri-tənqidi fikrin poetikası”, “Mir Möhsün Nəvvab”, “Tarix danışan binalar” monoqrafiyaları, “Kitabi Dədə-Qorqud. Drezden, Vatikan və Günbəd nüsxələri”, “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” və s. nəşrlər hesabat ilində “Elm” nəşriyyatında çap olunub.

Səbuhi Qəhrəmanov “Elm” nəşriyyatının hesabat dövründə Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, eləcə də X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunduğunu, müəssisə əməkdaşlarının il ərzində bir sıra tədbirlərdə təltif edildiklərini söyləyib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra tapşırıqlarını verib.

Daha sonra “Elm” nəşriyyatının 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri