Icma.az
close
up
RU
ELNARƏ AKİMOVANIN QƏLƏMİNDƏKİ “ƏDƏBİ FANATİZM”LİK… VƏ YA MƏMMƏD İSMAYILIN ŞEİRLƏRİNİN ÜZƏRİNDƏKİ “GİZLİ YALAN”

ELNARƏ AKİMOVANIN QƏLƏMİNDƏKİ “ƏDƏBİ FANATİZM”LİK… VƏ YA MƏMMƏD İSMAYILIN ŞEİRLƏRİNİN ÜZƏRİNDƏKİ “GİZLİ YALAN”

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bu gün müasir dövr ədəbiyyatşünaslığının ümumi durumu, belə demək mümkünsə, “qanqren” vəziyyəti Rüstəm Kamalların, Əsəd Cahangirlərin, Vaqif Yusiflilərin, Tehran Əlişanoğluların, Elnarə Akimovaların… SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan… TRAFARET YAZILARından açıq – aydın şəkildə bəllidir.

Bu məqamda xüsusilə qeyd etməliyəm ki, ədəbiyyatşünaslığın deqradasiyasının təməlində dayanan həmin “yazıların” yaranmasına zaman – zaman (“yazı” sahiblərinə görə dəyişən) bir neçə amil səbəb olub… səbəb olur:

BİRİNCİSİ,

Təfəkkür olaraq kütləviləşmiş qatı aşa bilməmək, nəticədə isə gerçək ədəbi mahiyyətdən uzaqda dayanmaq AMİLİ.

İKİNCİSİ,

Öz fundamental idraki potensialını müəyyən “maraqlar”ın xroniki əsirinə çevirib, ədəbi prinsiplərə xəyanət etmək AMİLİ.

ÜÇÜNCÜSÜ isə

Sənət meyarlarını bir kənara qoyub, yanaşdığı bədii məhsulun müəllifi qarşısında psixoloji itaətkarlıq sindiromu yaşamaq və o itaətkarlıq sindiromundan doğan “ədəbi fanatizmlik” göstərmək AMİLİ.

MƏHZ BU MƏQAMDA fikirlərimi bir az da konkretləşdirim…

Məsələn, az öncə adını çəkdiyim Rüstəm Kamal kifayət qədər ədəbiyyata, MƏTN həqiqətlərinə, YARADICI XƏTTə bələd olan imzadı. Amma və lakin(!) öz xaraktersizliyi ucbatından(!) illərdi ki, qələmi “maraqların çarxında və çarmıxında” əsrlikdədir, necə deyərlər “can verir”…

… VƏ YAXUD DA(!) hamımızın yaxşı tanıdığı Tehran Əlişanoğlu. Adam mətnin emal və enerji mərhələsini müşahidə edib, çözə bilən, o istiqamətdə mülahizə yürütməyi bacaran şəxsdir. Amma və lakin(!) qələmi bir çox məqamlarda “ədəbi fanatizmlik”də sürgündədir…

… FİKİRLƏRİMİN BU YERİNDƏ “yazısı” haqqında söz açacağım Elnarə Akimovanın qələmində isə bütün bunların (“maraqlara” xidmət, “ədəbi fanatizmlik” və.s) hamısı yer alır. Həm də birmənalı şəkildə!..

… Demək, bu günlərdə məhz həmin Elnarə Akimovanın “ədəbi fanatizm”lik üzərində Məmməd İsmayılın şeirləri ilə bağlı qələmə aldığı rabitəsiz, eyni zamanda düşüncənin psixoloji təzimetmə manerasından qaynaqlanan, “boz ədəbiyyat”ın konservatizmliyini ifadə edən, qeyri – peşəkar təhlil mexanizminə söykənən bir “yazısını” oxudum. Sözün mənfi mənasında heyrətlənməmək mümkün deyil…

“Yazı” boyu ümumiləşmiş cümlələrlə eləcə nədən danışır (VƏ YA özünü nədən danışmağa vadar edir) Elnarə Akimova?

Gah Məmməd İsmayılın yaşantılarından, gah onun üz tutduğu mövzulardan, gah da dünyanın, dövrün gedişatından, o gedişata Məmməd İsmayılın münasibətindən söz açıb, sənətə yad olan amillərin fonunda (emosionallıqdan, populizmdən, müəllifə pərəstişdən yola çıxaraq) Məmməd İsmayılın yazdıqlarını ƏDƏBİYYAT adı altında təqdim etməyə cəhd edir. Sadəcə cəhd edir, nail olmur!..

TƏBİİ Kİ(!), bu cəhd Məmməd İsmayılın şeirləri üzərində Elnarə Akimovanın qələminin danışdığı “gizli yalandır”. Bəli, “gizli yalan”!..

Məsələn, Elnarə Akimova həmin “yazı”nın bir hissəsində qeyd edir:

“…1990-cı ildə baş verən 20 Yanvar faciəsindən sonra bu qanlı hadisənin bədii əksini ədəbiyyatda ifadəyə çalışan və vətəndaşlıq qayəsi ilə işıqlandıran şairlərdən oldu M.İsmayıl. Faciənin baş verməsindən az sonra qələmə alınan “Bu qan yerdə qalan deyil” şeiri öz uzaqgörən notları ilə ağrının fəlsəfi-poetik dərkində bədii-estetik siqlətini bu günədək qoruyub saxlayan nümunələrdəndir:

Bir Ay adı, bir gün adı

Tapındığım görkün adı.

Yerdə qalmaz Türkün adı,

Yerdə qalmaz yurdun adı,

Yerdə qalmaz qurdun adı, –

Bu qan yerdə qalan deyil.

Bu qan yerdə qalan deyil!”

ƏVVƏLA, Elnarə Akimova bu kimi “boz şeir”lərin eyforiyasından azad ola bilirsə(!), ÖNCƏ AZAD OLUB, daha sonra isə SƏNƏT, SƏNƏTKARLIQ rakursundan cavab versin görək nümunə kimi təqdim etdiyi Məmməd İsmayılın bu şeiri mahiyyətcə MƏTNi, yaradıcı təfəkkürü ehtiva edə bilirmi(?)… bilibmi(?)… ümumiyyətlə heç SƏNƏTdirmi?

Axı, ilin – günün bu çağında bu kimi “boz təqdimlər”ə nə hacət, Elnarə Akimova?..

… Demək olar ki, bütün çıxışlarımda yaradıcılığın aksiomatikası hesab edilən SƏNƏT NƏDƏN YAZMAQ DEYİL, NECƏ YAZMAQDIR prinsipini dönə – dönə vurğulamışam.

İNDİ Elnarə Akimova təqdim etdiyi hissəyə rəğmən deyə bilərmi ki, (həyatda, cəmiyyətdə baş verən) bir faciə mövzu olaraq Məmməd İsmayılın qələmində novatorluqla ədəbi təfəkkürdən emal olunub, BƏDİİ MƏTN halına gələ bilibmi? Əlbəttə ki, yox!

(Həmin “yazı”da sənətkarlıq nümunəsi kimi göstərilən bu kimi “boz şeir”lərdən hissələr çoxdu, hələ mən birini sizlərə təqdim etdim.)

Elnarə Akimova bilməli idi ki(!)… bilməlidi ki(!), azacıq ciddi ədəbiyyata, yaratmaq potensialının fəlsəfəsinə bələd olan istənilən bir fərd çox sərrast şəkildə müşahidə edib, fərqinə vara bilər ki, Məmməd İsmayılın şeirlərinin mahiyyətinin mənbəsi idraki qatda mövcud olan SPESİFİK YARADICI LABORATORİYAnın FÖVQƏL ENERJİ ilə vəhdəti deyil. Çünki ciddi sənətin əsasını, özülünü təşkil edən bu vahid ƏDƏBİ MEXANİZM, bu ALİ KOD Məmməd İsmayılda heç vaxt mövcud olmayıb…

Bir az da obrazlı şəkildə desək, Məmməd İsmayılın şeirlərində ədəbi düşüncənin “ibtidai icma quruluşu”, ibtidai halı… daim hökm sürüb. Orada rabitəsiz səslər, ahəng, pafos, sentimentallıq… və bu kimi ibtidai mərhələnin göstəricisi olan müəyyən amillər özünü ortaya qoyub. Ona görə də bütün zamanlarda Məmməd İsmayılın qələmi SƏNƏTi ehtiva edən yetkin mətndən, irrasional düşüncə ştrixlərinin inkarında dayanan yaradıcı emalatxananın iş prinsipindən, ümumbəşəri mətn novatorluğundan birmənalı şəkildə uzaq olub…

… Düşüncələrimin yekunu olaraq, çağdaş dövr ədəbiyyatşünaslığına (eləcə də əksər ədəbiyyatşünaslara!) “ədəbi xütbə vərdişləri”ndən, hazırkı “tendensiya”dan xilas olmağı arzulayıram!..

Emil Rasimoğlu

şair-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri