Icma.az
close
up
RU
Elnur Fərzəliyev: “Yeni yaradılan Palata daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq”

Elnur Fərzəliyev: “Yeni yaradılan Palata daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq”

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bazarda fantastik baha qiymətlər olub

 Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünənki iclasında müzakirə edilib.

Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. İndiyə qədər bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.

Bəs, bundan sonra satışa çıxarılan əmlakların satış qiymətləri necə müəyyən ediləcək?


Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyevin “Sherg.az”a açıqlamasına görə, yeni yaradılan Palata daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq. Daşınmaz əmlak bazarında uzun illərdir süni və təbii formada qiymət artımlarının baş verdiyini xatırladan şöbə müdiri qeyd edib ki, bu süni qiymət artımına rəvac verən bir sıra amillər var ki, onlardan bəziləri bir zamanlar daşınmaz əmlaklara süni formada şişirdilmiş qiymətləndirmə rəyləri vermək və əmlak bazarında fəaliyyət göstərən bəzi Rieltorların əmlakları reallığa uyğun olmayan fantastik baha qiymətlərə satışa çıxarmaları olub: 


“Xatırladım ki, 2024-cü ildən ölkədə qiymətləndirmə sahəsində fəaliyyətləri tənzimləyən yeni qanun qüvvəyə minib. Qanun Azərbaycanda qiymətləndirmə fəaliyyətinin Qiymətləndiricilər Palatası tərəfindən tənzimlənməsini nəzərdə tutur. Sənədə əsasən, Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir”.

Ölkə başçısının Sərəncamına uyğun olaraq  Qiymətləndiricilər Palatası yaradıldığını xatırladan E.Fərzəliyev qurumun artıq tam fəaliyyətə başladığını bəyan edib: “İndiyədək “qiymətləndirici kimdir” sualının dəqiq cavabını heç yerdə tapmaq olmurdu. Bu səbəbdən də böyük pərakəndəlik hökm sürürdü, istənilən şəxs qiymətləndirici kimi çalışa bilirdi. Həmçinin də  bələdiyyələr qiymətləndirmə edə bilirdilər.

AQP-nin rəsmi fəaliyyətə başladığı günə qədər istənilən qiymətləndirmə şirkəti qiymətləndirmə rəyi verə bilərdi. İndi isə Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Yeni qanunvericiliyə əsasən Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bu fəaliyyətlə məşğul ola bilmələri üçün mütləq şəkildə Dövlət İmtahan Mərkəzində qiymətləndirmə sahəsi ilə bağlı imtahan verməli, imtahandan müvəffəqiyyətlə keçə bilən şəxslər daha sonra isə Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Tələb və qaydaların dəyişdirilməsi isə birmənalı olaraq qeyri-peşəkarları bu sahədən uzaqlaşdıracaq ki, bu da öz növbəsində qiymətləndirmə sahəsində yalnız peşəkarların olacağından və əmlak bazarında şəffaf qiymətləndirmələrin aparılacağından xəbər verir. Bu isə öz növbəsində süni qiymət artımının qarşısını alacaqdır”.


E.Fərzəliyevin sözlərinə görə, Qiymətləndiricilər Palatasının yaradılmasının məqsədi ölkə ərazisində Qanunla nəzərdə tutulmuş istiqamətlərdə qiymətləndirilmə ilə məşğul olan mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi, onların fəaliyyəti üçün başa düşülən qaydaların, standart və metodologiyaların hazırlanmasıdır: 

“Bilirsiniz ki, daşınar, daşınmaz əmlaklar, qeyri-maddi aktivlər və sair mülki hüquqların qiymətləndirilməsi və hər bir fərdin və hüquqi şəxsin əlində olan əmlakların sərvətə çevrilməsində və biznesdə iştirakında biz qiymətləndiricilərin fəaliyyəti danılmazdır. Bundan sonra  Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslərin rəyi keçərli olmayacaq. Süni qiymət azalmalarının və süni qiymət artırmalarının qarşısı alınacaq, bazarda şəffaflıq təmin ediləcək. Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir. Palatamız sosial-iqtisadi münasibətlər sistemində müstəqil qiymətləndirmənin yüksək tələbat səviyyəsi və əhəmiyyətini təmin etmək və onların peşə səviyyəsinin yüksəldilməsinə yardımçı olmağı hədəfləyir.

Qiymətləndiricilərin peşəkar fəaliyyətinin yüksəldilməsi məqsədilə Dövlət İmtahan Mərkəzində təşkil edilən imtahanlardan uğur əldə edən hər bir qiymətləndirici Palatanın üzvü olmaq hüququ əldə edir.

İndiyə qədər DİM tərəfindən təşkil edilən imtahanlarda 120 nəfərə yaxın qiymətləndirici uğurla imtahanı keçib.

İmtahandan keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri