Elton Con görmə qabiliyyətini itirdiyini açıqladı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
"Mən mahnının sözlərini belə oxuya bilmirəm".
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri "Grammy" mükafatlı dünya şöhrətli müğənni Elton Con deyib.
50 illik musiqi karyerasına son qoymağa qərar verən "Grammy" mükafatlı müğənni Elton Con görmə qabiliyyətini itirdiyini açıqlayıb.
77 yaşlı sənətçi sosial media hesabındakı paylaşımında yay ayları boyunca bir gözündə görmə qabiliyyətinin məhdudlaşmasına səbəb olan infeksiya olduğunu ifadə edərək bunları deyib:
"Sağalmağa doğru gedirəm. Amma bu proses, çox yavaş irəliləyir. Gözün görmə qabiliyyətinin geri qayıtması üçün müəyyən qədər vaxt lazımdır. Son bir neçə həftə ərzində mənə belə yaxşı qayğı göstərən ailəmə, həkimlərə və tibb bacıları komandasına minnətdaram".
Görmə problemi olduğu üçün yeni albomunu bitirə bilmədiyini vurğulayan Sir Elton Con qatıldığı "Günaydın Amerika" proqramında heçnə oxuya bilmədiyini deyib:
"Bilmirəm, studiyaya girib səs yazısı edə bilərəm ya yox. Mahnı sözlərini görə bilmirəm. Mən ümumiyyətlə heç nə oxuya bilmir və heç nəyə baxa bilmirəm".
Oksana
Baxış sayı:61
Bu xəbər 26 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















