Emin Mahmudovdan mesaj Dinamo nu keçib yolumuza davam etməliyik
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" komandasına qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının matça ciddi hazırlaşdığını bildirib.
"Matça yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərməliyik. Klubun 90 yaşı olur. Buna görə motivasiyalıyıq. Növbəti rəqibi düşünmürük. "Dinamo" ilə görüşə köklənmişik. Bu mərhələni keçəndən sonra növbəti komanda haqqında fikirləşəcəyik".
Kapitan komandada ab-havanın yüksək səviyyədə olduğunu qeyd edib:
"Ötən illərdə də qrupa düşmək şansımız olub. Amma alınmayıb. Bəxtsizlik olub. İnanıram ki, bu mövsüm daha yaxşı nəticə göstərəcəyik. Fanatlar mövsüm ərzində yanımızda olurlar. Matçlarda əlimizdən gələni etməli və onları sevindirməliyik. Açıq məşqdə də bizə möhtəşəm dəstək oldular".
O, komandanın daha da güclənəcəyinə inandığını bildirib:
"Hazırda komandada sabitlik görürəm. Yeni transferlər də olacaq. Məncə, daha yaxşı nəticələr qazanacağıq".
Qeyd edək ki, "Neftçi" - "Dinamo" oyunu iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 30-da baş tutacaq.
“İmişli”də yeni təyinat “Şamaxı” ilə “Kəpəz” qolsuz heç-heçə etdi “Araz-Naxçıvan”dan darmadağın - 11:2 I Liqada klubunu dəyişdi “Səbail”də çıxış etmiş futbolçu Premyer Liqa klubunda - RƏSMİ
Baxış sayı:173
Bu xəbər 21 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















