Enerji obyektlərinə zərbə: Ukraynada elektrik və qaz çatışmazlığı dərinləşir
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna ərazisinə endirilən növbəti gecə zərbələrinin əsas hədəfi su və istilik elektrik stansiyaları olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Teleqram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, ölkədə enerji təchizatı sistemli şəkildə sıradan çıxarılır, lakin enerji obyektlərinin müdafiəsi təşkil olunmayıb: “Qoruma sistemi sadəcə qurulmayıb”.
Deputat əlavə edib ki, qaz infrastrukturunun zədələnməsi səbəbindən Ukraynada qarşıdan gələn istilik mövsümündə ciddi problemlər yarana bilər.
“Demək olar ki, bütün qaz sistemimiz sıradan çıxıb. Biz buna da hazır deyildik. Buna görə də bu qışda istilik məsələsi böyük sual altındadır”, - deyə Qonçarenko bildirib.
Aytəkin TOFİQQIZI


