Icma.az
close
up
RU
Ərəb liderlər toplansalar da, heç nə edə bilməyəcəklər, çünki əksəriyyəti... Qəzza məsələsi

Ərəb liderlər toplansalar da, heç nə edə bilməyəcəklər, çünki əksəriyyəti... Qəzza məsələsi

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra ərəb ölkələrinin liderlərini Qəzza zolağındakı vəziyyətlə bağlı təcili toplantı keçirməyə çağırıb. Tramp artıq bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir və İordaniyaya, yaxud digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O bildirib ki, ABŞ anklavı nəzarətə götürməyə, minalardan təmizləməyə və infrastrukturu bərpa etməyə hazırdır.

Maraqlıdır, ərəb liderləri bu çağırışı qəbul edib fövqəladə toplantı keçirə bilərmi? Nəticələri nələr olacaq?

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Trampın bu açıqlaması fələstinlilərin, ümumiyyətlə, indiki Fələstin ərazisində qalmamasına edilən bir çağırış kimi də dəyərləndirilə bilər:

“Yəni fələstinlilər, ümumiyyətlə, oradan köçürülməlidir – ya İordaniya, ya Misir ərazisinə..Deyək ki, fələstinlilər Misir ərazisinə köçürüldü, o zaman oradan bir ərazi alınıb onlara Fələstin dövlətini yaratmaq üçün verilməlidir. Yaxud da İordaniyadan həmçinin.. Bu da nə Misirin, nə də İordaniyanın xoşuna gələr, düşünmürəm ki, hansısa biri qəbul edər. İndiki Fələstin ərazisində olan müqəddəs torpaqlar, ümumiyyətlə, üç dinin mərkəzi olduğu üçün çox ciddi bir reaksiya yaradacaq. Açığı, ərəb dövlətlərinin bir araya gəlib nəsə edəcəyini də düşünmürəm. Tarixi təcrübə də göstərir ki, bu günə qədər ərəb ölkələri toplaşıb hər hansı ciddi nəticələr verəcək addımlar ata bilməyiblər. Bu, çətin məsələdir”.

Müsahibimiz qeyd etdi ki, arxa planda böyük, super güclərdən kimsə istər regional, istərsə də qlobal aktor səviyyəsində bu məsələyə dəstək verərsə, bəlkə, ciddi addım əldə etmək olar:

“Əks halda, ərəb ölkələrinin nəsə edəcəyi real görünmür. Çünki  bu ölkələrdə liderlərin əksəriyyəti bu və ya digər formada ABŞ ilə əlaqəlidir. Eyni zamanda ABŞ-nin bu ölkələrdə hərbi bazaları var, bu isə həmin ölkələrin müəyyən mənada Vaşinqtondan asılı olması anlamı da daşıya bilər. Bu baxımdan düşünürəm ki, indiki halda Donald Trampın bu çağırışına qarşı qoymaq üçün daha böyük koalisiyaya ehtiyac var. Yoxsa bunun qarşısını 15-20 ərəb ölkəsinin ala biləcəyini təsəvvür etmirəm”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri