Icma.az
close
up
RU
Erkən uşaqlıq təhsili yeniyetmə davranışlarına uzunmüddətli təsir göstərir TƏDQİQAT

Erkən uşaqlıq təhsili yeniyetmə davranışlarına uzunmüddətli təsir göstərir TƏDQİQAT

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tokio İqtisadiyyat Məktəbinin professoru Şintaro Yamaquçi və onun tədqiqat qrupunun apardığı yeni araşdırma göstərir ki, erkən uşaqlıq təhsili yeniyetmələr arasında riskli davranışların – xüsusilə zorakı cinayətlər və yeniyetmə hamiləliklərinin – əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

AZƏRTAC “Science Daily” elmi portalına istinadla xəbər verir ki, tədqiqat Yaponiyada 1960-cı illərdə məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsinin uzunmüddətli sosial təsirlərini araşdıraraq erkən təhsil siyasətinin cəmiyyətə davamlı faydalar verdiyini ortaya qoyur. Araşdırma Yaponiyanın müxtəlif prefekturalarında məktəbəqədər təhsil imkanlarının fərqli dərəcələrdə genişləndirilməsindən istifadə edərək erkən uşaqlıq təhsilinin sosial nəticələrini analiz edib. Nəticələrə görə, bu proqramlarda iştirak edən uşaqlarda yetkinlik dövründə zorakılıqla əlaqəli cinayət hadisələri və yeniyetmə hamiləliyi halları azalıb. Tədqiqatçılar bu təsirlərin əsasən, erkən yaşlarda inkişaf etdirilən qeyri-koqnitiv bacarıqlar sayəsində əldə edildiyini vurğulayırlar.

Professor Ş.Yamaquçi qeyd edir ki, bu nəticələr insan inkişafının kompleks təbiətini nəzərə aldıqda xüsusilə əhəmiyyətlidir: “Əgər məktəbəqədər təhsilin real təsiri varsa, bu təsirlər yalnız həmin proqramlarda iştirak etmiş uşaqlarda müşahidə olunmalıdır, yaşca böyük və proqramdan yararlanmamış fərdlərdə isə deyil”. Komanda bu fərziyyəni yoxlamaq üçün islahatlardan əvvəki və sonrakı dövrlərdə fərqli yaş qrupları üzrə cinayət və hamiləlik göstəricilərini müqayisə edib. Əvvəlki tədqiqatlarla müqayisədə bu araşdırmanın mühüm fərqi təsirlərin yalnız iqtisadi baxımdan həssas ailələrə yönəlmiş deyil, bütün sosial təbəqələrdən olan uşaqlara xidmət edən universal məktəbəqədər təhsil proqramları nəticəsində əldə olunmasıdır.

Bu nəticələr daha geniş miqyasda tətbiq oluna biləcək təhsil siyasətinə işıq tuta bilər. Təəccüblü olaraq məktəbəqədər təhsil proqramı ali təhsil göstəricilərinə, yəni orta məktəb və ya universitetə qəbul nisbətlərinə əhəmiyyətli təsir göstərməyib. Bunun əvəzində davranış nəticələrinin yaxşılaşdırılması əsasən qeyri-koqnitiv bacarıqların inkişafı ilə izah edilir. Bu, erkən təhsilin uzunmüddətli təsir mexanizmlərinin daha dərindən başa düşülməsinə imkan yaradır.

Bu araşdırma, erkən uşaqlıq təhsilinə yatırımların yalnız akademik deyil, sosial və davranış baxımından da uzunmüddətli faydalar verdiyini bir daha təsdiqləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri