Icma.az
close
up
RU
Erməni evlərində Azərbaycan qazı HAZIRLIQ

Erməni evlərində Azərbaycan qazı HAZIRLIQ

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanla Rusiya arasında gərginlik davam edir. "Hraparak" qəzeti yazıb ki, belə davam edərsə, Rusiya ya Ermənistana təbii qaz nəqlini dayandıracaq, ya da qiymətləri qaldıracaq.

Nəşr iddia edib ki, Paşinyan hökumətinin bundan narahat olmamasının başlıca səbəbi Azərbaycandır.

“Bizdə olan məlumata görə, Azərbaycan Ermənistana alternativ qaz tədarük edəcəyinə dair söz verib. Mənbəmizin sözlərinə görə, sxem belə olacaq: Azərbaycan Rusiyadan qaz alıb Ermənistana nisbətən ucuz qiymətə tədarük edəcək. Onlar yalnız ehtimal edirlər ki, Bakı qaz qiymətlərinin endirilməsini subsidiyalaşdıracaq”.

Azərbaycan qazı ermənilər üçün rus qazını əvəz edə bilərmi?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, məsələyə həm texniki, həm iqtisadi, həm də siyasi aspektlərdən yanaşmaq lazımdır: “İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanın qaz təchizatında Rusiyanın rolu hələ də dominantdır. Ölkəyə idxal olunan qazın əsas hissəsi Rusiyanın nəzarətində olan infrastruktur vasitəsilə təmin edilir. Bu səbəbdən qısa müddətdə Ermənistanın Rusiya qazından tamamilə imtina etməsi və ya onu başqa mənbə ilə əvəz etməsi real görünmür. Bununla belə, nəzəri baxımdan Azərbaycan qazının Ermənistan bazarına daxil olması mümkündür. Son illərdə regionda yaranan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlar və regional əməkdaşlıq təşəbbüsləri belə bir ehtimalı tam istisna etmir. Əgər iki ölkə arasında sülh sazişi imzalanarsa və iqtisadi əlaqələrin qurulması istiqamətində addımlar atılarsa, qaz əməkdaşlığı da gündəmə gələ bilər”.

Professorun sözlərinə görə, ancaq burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Ermənistana qaz satması üçün ilk növbədə müvafiq infrastrukturun yaradılması və ya mövcud sistemlərin uyğunlaşdırılması tələb olunur: “Bundan başqa, qazın hansı marşrutla nəql ediləcəyi, kommersiya şərtləri və siyasi razılaşmalar kimi məsələlər də öz həllini tapmalıdır. "Hraparak" qəzetinin irəli sürdüyü iddiaya - Azərbaycanın Rusiyadan qaz alaraq Ermənistana daha ucuz qiymətə satacağı ssenarisinə gəldikdə isə bu model iqtisadi baxımdan müəyyən suallar yaradır. Azərbaycan özü qaz ixrac edən ölkədir və Avropa bazarına birbaşa təbii qaz tədarük edir. Belə olan halda Rusiyadan qaz alıb onu subsidiya hesabına Ermənistana satmaq iqtisadi məntiqdən daha çox siyasi qərar tələb edən məsələdir. Hazırkı şəraitdə bu ssenarinin reallaşması üçün konkret əsaslar görünmür”.

Digər tərəfdən, professorun fikrincə, Azərbaycan son illərdə etibarlı enerji təchizatçısı kimi beynəlxalq nüfuz qazanıb: “Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Əgər gələcəkdə regionda davamlı sülh və əməkdaşlıq mühiti formalaşarsa, Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyinə də töhfə verməsi nəzəri cəhətdən mümkün ola bilər. Bu isə yalnız kommersiya maraqları deyil, həm də regional inteqrasiya və qarşılıqlı etimadın güclənməsi baxımından əhəmiyyət daşıya bilər”. /yenisabah.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri