Ermənilərin talış xalqına qarşı SOYQIRIMI Min illik mədəniyyətin və dinc birgəyaşayışın yandırılması
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
"Talış dağları, bu Talış diyarı Azərbaycan xalqının böyük insanlarını, böyük şəxsiyyətlərini yetişdirib. İndiyə qədər rast gəldiyim mənbələrdə bütün müəlliflər talışları sülhsevər xalq adlandırır. Tariximizdə əvəzolunmaz iz qoyan talışlar tarixin bütün dövrlərində Azərbaycan türkləri ilə çiyin çiyinə dövlətlər qurublar, bu coğrafiyanı qoruyublar".
Ölkə.az xəbər verir ki, bu sözləri professor Zaur Əliyev deyib.
Professor qeyd edib ki, talışlar eyni zaman Cümhuriyyət illərində və ikinci müstəqillik illərində Azərbaycan dövlətçliynin sütunlarından biridilər:
"Rus işğalına qarşı savaşda Talışlar Cümhuriyyətimizin yanında olublar. Cümhuriyyət ordusunda talış zabitləri və əsgərləri olub. Birinci və ikinci Qarabağ müharibəsi dövründə Talışlar Azərbaycanın müstəqilliyi uğrunda savaşıblar, şəhid və qazi olublar. Çoxları bilməsə də Sovetlərə qarşı başlanan milli azadlıq mübarizəsində üç rəngli Azərbaycan bayrağını gizli tikən və onu aksiyalarda qaldıran içərisində talışlar da olublar. Səfəvi hökmranı Şah İsmayılın uşaqlıq illərindən yanında xidmət edən talışlar onu qoruyublar. Səfəvi ordusunda yaşılpaltarlılar kimi qaynaqlarda qeyd edilən talış əsgərləri Əfşar imperatorluğunun qurulmasında da yaxından iştirak ediblər.
Lənkaran qalasının işğalı zamanı Rusiya ordusuna bələdçilik edən və casusluq edən ermənilər bu bölgəni talış-türklərdən təmizləmək istəyirdilər. Lənkəran qalası 1813-cü ildə rus qoşunları tərəfindən hücumla alınarkən, qoşun tərkibində erməni zabitləri və tərcüməçiləri də var idi. Qalanın alınması zamanı mülki əhaliyə qarşı törədilən amansızlıqlarda bu qrupların rolu tarixi mənbələrdə, xüsusən yerli salnamələrdə qeyd olunub.
Hər zaman Azərbaycan xalqına qarşı soyqırım həyata keçirməsi barədə ümumi olaraq xalqları bir götürürük. Qeyd edim ki, Azərbaycanda ermənilərin törətdikləri soyqırımlardan ən çox zərər görən xalqlardan biri də talışlar olub. Təkcə 1918-ci ilin mart aprel ayı boyunca Azərbaycan ərazisində ermənilər tərəfindən.8 minə qədər talış qətl edilib".
Ermənilər niyə talışları hədəfə alıblar?
Z.Əliyevin sözlərinə görə, talışlar milli dövlətçilik ideyasına sadiqidilər və onları hədəf almaqla, Azərbaycanın cənub qapısını sındırmaq və xalqın müqavimət əzmini yox etmək istəyirdilər:
"O dövrün sənədlərində açıq görünür ki, hücum edən dəstələr üçün əsas hədəf "müsəlman" kimliyi idi ki, talışlar bu dini qoruyub saxlayan millətlərdən biridir. Lənkəranın 40-a yaxın kəndi (Gərmətük, Mamusta, Sütəmurdov, Kərgəlan, Şıxəkəran, Vilvan və s.) yandırılmış və talan edilmişdir ki, bu zaman ən ağır zərbələrdən birini də talışlar alıblar. Təkcə Gərmətük və Kərgəlan kəndlərinin hər birində 70-dən çox dinc sakin qətlə yetirilmişdi. Mamusta kəndində gənclər bir yerə toplanaraq diri-diri yandırılmış, qadın və uşaqlar meşələrə qaçmağa məcbur edilmişdi.
Bölgədəki məscidlər toplarla atəşə tutulmuş, taxıl ehtiyatları məhv edilmiş və əhalinin mal-qarası əllərindən alınmışdı. Bu günün özündə hələ də həmin dövrün şahidi olan qəbiristanlıqlar və dağıdılmış tikililər mövcuddur.
Lənkərana bir neçə dəfə hücum edən ermənilər sakinlərin ciddi müqaviməti ilə qarşılaşır. Talışların yerli türklərlə birgə silaha sarılıb erməniləri geri otuzdurmasın görən erməni dəstəsinin başçısı xəbər göndərir ki, "Bizə ərzaq verin. Çıxaq gedək. Kəndinizdən nümayəndə götürün danışığa gəlin". Bu qırğınların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı onlara təklif edir ki, "Çıxın gedin və dinc əhaliyə toxunmayın". Erməni başçısı ilkin olaraq razılıq verir ki, "Bəs, razıyıq. Pul və ərzaq verin". Ağsaqqalar da razılaşır, geri qayıdan zaman gizlincə onları izləyən 5 rus və 9 erməni əsgəri kənd yolunda onları tutur, hamısının başın kəsir, qılıncla tikə-tikə doğrayıb bir yeşikdə torpağa basdırırlar.
Ondan sonra kəndə xəbər göndərirlər ki, “sizin caamatın hamısı bizim - ermənilərin düşmənidir. Bu torpaqlar ermənilərindir. Salamat qalmağınızı istəyirsinizsə, bu yerləri tərk edib başqa ölkələrə gedin”– deyə cavab verib.
Talışları başdan ayağa asan ermənilər isti su onların üstünə ataraq:
"İslam dinindən dönün, bizim dini qəbul edin, talışlara toxunmayaq"deyirdilər.
Aslan xan Talışinski, Cavad bəy, Hacı Səməd xan və digər yerli nüfuzlu şəxslərin ermənilərə verdikləri silahlı müqavimət də tarixi sənədlərdə qalıb. Onlar erməni daşnaklarının dağlıq kəndlərə girməsinin qarşısını bir çox yerdə ala bildilər.
Talış folklorunda və ağsaqqalların yaddaşında bu hadisələr "erməni çıxan il" və ya "qaçaqaç" kimi qalmışdır. İnsanlar dağlara, Lerik və Yardımlı meşələrinə sığınaraq canlarını qurtarmağa çalışırdılar. Tarixi sənədlərə görə, meşələrə qaçan minlərlə insan orada soyuqdan və aclıqdan tələf olmuşdur. Deyilənə görə, ermənilər kəndləri yandırarkən tüstü dəniz sahilindən dağların zirvəsinə qədər qalxarmış. Bu, sadəcə evlərin deyil, min illik bir mədəniyyətin və dinc bir birgəyaşayışın yandırılması idi".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 15 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















