Icma.az
close
up
RU
“Ermənistan artıq sülh fürsətini düzgün dəyərləndirir” Naqif Həmzəyev

“Ermənistan artıq sülh fürsətini düzgün dəyərləndirir” Naqif Həmzəyev

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsi üçün əla fürsət yaranıb. Vaşinqton görüşündə bəyanatın imzalanması və xarici işlər nazirləri tərəfindən sülh mətninin paraflanması göstərir ki, hər iki tərəf sülhün əldə olunmasından maraqlıdır. Xüsusilə Azərbaycanın irəli sürdüyü şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməsi vacibdir və bu baxımdan artıq çox xoş xəbər almışıq”.

Bunu Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev  ATƏT-in Minsk Qrupunun ləğv edilməsi və Azərbaycan-Ermənistan sülh prosesinə təsiri ilə bağlı müzakirələri şərh edərkən deyib:

“ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması da Azərbaycanın uzun müddət irəli sürdüyü əsas şərtlərdən birinin artıq reallaşdığını göstərir. Digər şərtlər də öz həllini tapdıqdan sonra sülh mətninin imzalanması mümkün olacaq.

Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Çin-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Ermənistan tərəfi əldə edilmiş razılığa sadiklik nümayiş etdirib.

Vaşinqton görüşündən əvvəl dəfələrlə Ermənistanın sülh danışıqlarından yayındığı və xarici təsirlərə düşərək proseslərdən kənarda qaldığı müşahidə olunmuşdu. Lakin Çində baş tutan görüşdə Ermənistanın həqiqətən sülh gündəliyinə sadiq olduğu və kənar qüvvələrin təzyiqinə baxmayaraq razılaşmaların icrasına maraq göstərdiyi açıq şəkildə görünür”.

Deputat vurğulayıb ki, görüşün ən önəmli tərəfi Azərbaycanın Zəngəzur dəhlizi üzrə öz ərazisində inşaat işlərini demək olar ki, yekunlaşdırmasıdır:

“Ermənistan ərazisində isə bu proses hələ başlamayıb və həmin görüş Ermənistan ərazisində layihəyə start verilməsi üçün əlverişli zəmin yaradıb. Ermənistan tərəfi ABŞ ilə imzaladıqları razılaşmaya əsasən prosesi sürətləndirəcək, Azərbaycan və Türkiyə isə burada əsas maraqlı tərəf kimi çıxış edirlər.

Region dövlətləri də bu dəhlizin işə düşməsindən kifayət qədər fayda götürəcək. Xüsusilə Ermənistan Azərbaycanın və Türkiyənin nəqliyyat şəbəkəsinə qoşulmaqla həm Avropa, həm İran, həm də Rusiya istiqamətində çıxış imkanları əldə edəcək. Eyni zamanda, orta dəhlizin əsas komponenti olan Azərbaycan ərazisindən Ermənistana çıxış imkanları yaranacaq ki, Çindən Ermənistana da yük daşımaları mümkün olsun”.

Deputat bildirib ki, Ermənistan artıq əldə edilmiş razılaşmaların əhəmiyyətini daha yaxşı anlayır və bu fürsəti düzgün qiymətləndirməyə çalışır:

“Bugünə qədər Azərbaycan dəfələrlə Ermənistan üçün əlverişli şərait yaradıb, lakin Ermənistan bu imkanları tam şəkildə istifadə etməmişdi. Hal-hazırda isə Ermənistan buraxdığı səhvlərdən doğru nəticə çıxarır və sülh gündəliyinə sadiqlik nümayiş etdirir.

İnanırıq ki, Ermənistan digər şərtləri də yerinə yetirəcək və tezliklə sülh anlaşması imzalanacaq. İlkin olaraq diplomatik əlaqələr aktivləşəcək, daha sonra xalqlar arasında qarşılıqlı etimad formalaşacaq və qonşuluq münasibətləri möhkəmlənəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri