Icma.az
close
up
RU
Ermənistan bu gücü görməli idi və gördü ŞƏRH

Ermənistan bu gücü görməli idi və gördü ŞƏRH

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bunu Ölkə.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O xatırladıb ki, bütün beynəlxalq hüquq normaları, təsbit olunmuş yanaşmalar, Helsinki Yekun Aktında əks olunan müddəalar Azərbaycanın xeyrinə idi: "Amma Ermənistana dəstək verən, onun arxasında duran qüvvələr çalışırdılar ki, Azərbaycanı elə bir vəziyyətə salsınlar, onu fiziki, mənəvi və psixoloji baxımdan elə yorsunlar ki, öz itkiləri ilə barışsın.

Həm Heydər Əliyev vaxtında bunu demişdi, həm də 2003-cü ildə prezident seçilən İlham Əliyev ilk çıxışlarından birində bildirmişdi ki, biz bu məsələnin həllinə nail olacağıq. Əgər sülh yolu ilə alınmayacaqsa, onu öz gücümüzə həll edəcəyik.

Və biz gördük ki, illər ərzində Prezident İlham Əliyev dəfələrlə bildirirdi ki, əvvəllər beynəlxalq hüququn normalarına və onun gücünə inanırdım. Elə bilirdim ki, beynəlxalq təşkilatlar həqiqətən fəaliyyət göstərirlər, onların mövqeləri açıq və şəffafdır. Amma mən əslində yanılırdım.

Bu onu göstərirdi ki, beynəlxalq arenada elə formatlar və elə bir ab-hava formalaşdırılır ki, yalnız müəyyən qüvvələrə sərf edən məsələlər gündəmə gətirilir və onların istədiyi şəkildə həll olunur. Amma Qarabağ məsələsinə, Azərbaycanın işğal olunmuş ərazilərinə, ölkəmizin 20 faiz ərazisinin taleyinə gəldikdə isə susurdular. Mən bunun adını xəyanət, dönüklük, formalizm və bağışlanmaz cinayətkarlıq qoyuram. Çünki bu problemlərin arxasında insanların taleyi dayanırdı.

Baxın, Azərbaycanda bir milyona yaxın məcburi köçkün və qaçqın var idi. Onların təxminən 300 mini Ermənistandan qovulmuş insanlar idi. Ayaqyalın, əliyalın, sənədsiz, pulsuz vəziyyətdə gəlmişdilər. Onların fəryadına hansı beynəlxalq təşkilat səs verdi? Hansı reaksiya göstərildi? Xeyr, göstərilmədi.

Sonra isə bizim tələblərimizə, haqlı tələblərimizə, bütün beynəlxalq qanunlar çərçivəsində yanaşılmalı idi. Bütün sənədlərdə ərazi bütövlüyü birinci prinsipdir. Ondan sonra isə xalqların, qrupların, azlıqların öz taleyini həll etmə hüququ gəlir.

Odur ki, bunların hamısını biz bir dərs kimi gördük. O dərsi götürdük, ondan lazımi nəticələr çıxardıq və təbii ki, dövlət başçısının da məramı bir idi ki, əgər siz sülh yolu ilə həllə “yox” deyirsinizsə, onda bir yol qalır. Bu da bizim öz gücümüz vasitəsilə hədəfimizə çatmağımızdır".

Politoloq onu da qeyd edib ki, qonşu dövlətlərin də bəziləri riyakarlıq edirdi:

"Özlərini bilməməzliyə vururdular, riyakarlıq nümayiş etdirirdilər. Ancaq indi artıq Qarabağ məsələsi və Ermənistan-Azərbaycan münaqişəsi öz ədalətli həllini tapdıqdan sonra onlar bundan yalnız üstünlüklər görürlər, özləri üçün pluslar və töhfələr görürlər.

Çünki Azərbaycan hələ ərazilərimiz işğal altında olduğu dövrdə belə kommunikasiya xətlərini çəkdi, enerji layihələrini həyata keçirdi. Ümumiyyətlə, Qərblə Şərq arasında, uzaq Çinlə Avropa arasında mediativ rol oynamağa başladı.

Və əlbəttə ki, indi biz deyəndə ki, Azərbaycan artıq dünya arenasında mühüm bir nəqliyyat-kommunikasiya habına çevrilib, bu o deməkdir ki, biz qütblər arasında əlaqələrin yaranması üçün şərait formalaşdırmışıq. Özü də bu, çox münbit şəraitdir.

Görürsünüz, indi intermodal daşımalar var. Uzaq Şərqdən, Xəzər dənizi üzərindən yenidən quru yolla yüklərin daşınması həyata keçirilir. İki nəhəng nəqliyyat-kommunikasiya layihəsi – Şərq-Qərb və Şimal-Cənub ikisi də Azərbaycanda kəsişir.

Yəni biz elə bir şərait formalaşdırmışıq ki, burada beynəlxalq əməkdaşlıq və qlobal inteqrasiya üçün çox vacib, əlverişli bir nizam yaranıb. Azərbaycan dövləti də, görürsünüz, üzərinə götürdüyü öhdəliklərin öhdəsindən gəlir.

Biz söz vermişiksə, deməli, o söz yerinə yetiriləcək. Yəni biz onu reallaşdıracağıq. Ona görə də dedik ki, sözümüz bizim imzamızdır, imzamız da sözümüzdür.

Bu baxımdan mən elə başa düşürəm ki, Azərbaycan bütün beynəlxalq qanunların tələblərini, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini öz gücü ilə yerinə yetirdikdən sonra artıq beynəlxalq güclər, qonşular və tərəfdaşlar anlayırlar ki, vaxtında bağışlanmaz səhvlərə yol vermişdilər. Ermənistana arxadan dəstək verir, ona ruh verirdilər. Əlbəttə, hamısı yox, amma bəzi ölkələr və bəzi təşkilatlar bu işdə kifayət qədər mahir idilər.

Biz isə dönməzlik və mətinlik nümayiş etdirərək öz işimizi düzgün qurduq və antiterror tədbirləri də bu prosesdə son nöqtə oldu. Çünki onların Azərbaycan hakimiyyətinə və Azərbaycan xalqına meydan oxuması böyük təxribat cəhdi idi. Çalışırdılar ki, burada yenidən döyüşlər başlasın, qan tökülsün.

Amma Azərbaycanın 23 saat davam edən antiterror tədbirləri elə bir dəqiqliklə həyata keçirildi ki, əməliyyat qısa müddətdə nəticə verdi. Əlbəttə, biz şəhidlər verdik. Səhv etmirəmsə, 193 nəfər şəhid oldu. Allah onların hamısına rəhmət eləsin. Qarşı tərəfdən də xeyli ölənlər oldu, çünki müqavimət göstərirdilər.

Proses başa çatdıqdan sonra onlar təslim oldular və biz gördük ki, zirehli texnikaları, silahları, kifayət qədər güclü arsenalı var. Elə hesab edirdilər ki, Azərbaycana sinə gələ bilərlər. Amma Azərbaycan Ordusu artıq böyük təcrübə qazanmışdı və biz 23 saat ərzində onları silahsızlaşdırdıq, müqavimət göstərənləri neytrallaşdırdıq.

Orada silahlı qrup var idi və onların əksəriyyəti Ermənistan vətəndaşları idi. Elə bilirdilər ki, həmişə orada oturub yeyib-içəcəklər, sonra da Azərbaycana diktə edəcəklər. Bizim resurslarımızdan istifadə edib deyəcəklər ki, sizin vətəndaşlığınızı qəbul etmirik. Belə olmaz.

Biz onlara başa saldıq ki, əgər burada yaşayırsınızsa, Azərbaycan qanunlarına tabe olmalı, Azərbaycan Konstitusiyasını tanımalısınız. Əgər yoxsa, onda bunun da cavabı bəllidir.

Mən bunu mətbuatda da yazmışam ki, bu, ən yeni tariximizin qürurverici və sevinc gətirən səhifələrindən biridir. O səhifə tariximizdə daim açıq qalmalıdır. Biz bunu uşaqlara öyrətməli, özümüz də tez-tez xatırlamalı və ondan nəticə çıxarmalıyıq.

Çünki mübarizədə müxtəlif qüvvələr olur. Amma haqq yolunda olan həmişə öz məqsədinə nail olur. Azərbaycan da bunu bir daha təsdiqlədi".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see225

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see223

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see222

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see216

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see211

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see206

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see185

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see183

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see177

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see173

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see170

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see169

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see167

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri