“Ermənistan hakimiyyəti inteqrasiya proseslərini qəsdən gecikdirir”
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ermənistanın Zəngəzur dəhlizində infrastrukturu inşa etməyə maliyyə gücü yoxdur. Bunun üçün Ermənistana Avropa İttifaqı və ABŞ dəstək verməlidir. Bildirilir ki, ABŞ Ermənistana təxminən 145 milyon dollar ayırıb. İndi də Avropa İttifaqının ayıracağı maliyyə qalıb. Bundan sonra tikinti, bərpa işləri, Zəngəzurda dəmir yolu, avtomobil yolu və s. işlər görülməlidir. İş gedir, amma işin tam gücü ilə getməsi üçün bu maliyyə ayrılmalıdır. Maliyyə tam ayrılsa, 2 il ərzində, ən geci 2028-ci ilə qədər yol açılmalıdır. Yəni səbəblərin biri maliyyədir”
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Rizvan Hüseynov söyləyib.
Politoloqun sözlərinə görə, ikinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti inteqrasiya proseslərini qəsdən gecikdirir: “Ermənistan başa düşməlidir ki, gələn il Senata seçkilər olacaq. Bu seçkilərdə Trampın Respublikaçılar Partiyası öz yerini qoruya biləcəkmi?. İşdir gələn il seçkilərdə Demokratlar Partiyası çoxluq təşkil etsə, Tramp üçün ciddi problemlər yaranır. Konqres səviyyəsində onun əksər ideyalarına, layihələrinə əngəl törədiləcək. O baxımdan Ermənistan tələsmir və bilmək istəyir ki, seçkilərdə Trampın hakimiyyəti öz dayaqlarını nə qədər qoruya biləcək”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















