Ermənistan və İran yaxın zamanda gömrük dəhlizi haqqında saziş imzalaya bilər
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparır.
Moderator.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib.
"Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparılır. Bu danışıqlar yaxın zamanda başa çatacaq", - o qeyd edib.
E.Akopyan, həmçinin Gürcüstan ilə əməkdaşlıq barədə danışıb: "Biz Gürcüstan ilə birgə məntəqənin yaradılması məsələsini müzakirə edirik, Qoqavan-Ququt hissəsində birgə xidmətlərin göstərilməsi üçün işçi qrupu yaradılıb".
O, həmçinin qeyd edib ki, ABŞ ilə gömrük sistemi üçün avadanlıqların əldə edilməsi, həmçinin bəzi monitorinq sistemlərinin tətbiqi istiqamətində əməkdaşlıq inkişaf etdirilir.
Baxış sayı:31
Bu xəbər 24 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















