Ermənistanda demoqrafik fəlakət: 2030cu ilə qədər əhali 700 min azalacaq
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
- +
Ermənistanda əhalinin artımında fəlakətli nəticələr üzə çıxıb. Tribunainfo.az xəbər verir ki, Ermənistanda demoqrafik böhranı araşdıran institutlar 2030-cu il üçün durumun dəhşətli şəkil alacağını proqnozlaşdırıblar.
Belə ki, Ermənistanda əhalinin sürətlə azaldığı qeyd olunur. Bunun birinci səbəbi doğum hallarının sayının azalmasıdır. Təkcə, 2024-cü ildə azalma 7.2 faizə çatıb.
İkinci səbəb isə miqrasiya göstərilir. Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk altı ayında ölkəni birdəfəlik tərk edənlərin sayı 36 min nəfər olub. İl sonuna kimi isə həmin rəqəmin 70 min nəfərdən çox olacağı istisna edilmir.
Araşrıma mərkəzləri qeyd edirlər ki, üçüncü əsas problem isə qocaların sayının getdikcə artmasıdır. Rəsmi rəqəmlərə əsasın Ermənistan əhalisinin 39 faizini yazı 65-dən yuxarı olanlar təşkil edir.
Rəsmi statistikaya görə, Ermənistanın 2.9 milyon nəfər əhalisi var. Lakin araşdırma mərkəzləri hesab edirlər ki, bu, heç də onların hamısının Ermənistanda yaşaması demək deyil.
Həmin mərkəzlər onu da bildirirlər ki, bu şəkildə davam edərsə, 2030-cu ilə qədər Ermənistanda əhalinin sayı ən azı 700 min nəfərə yaxın azalacaq. Bunu isə “demoqrafik fəlakət” adlandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 09 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















