Ermənistanın gələcəyi hansı yol seçəcəyindən asılıdır: sülh və inkişaf yolu, yoxsa revanşizm və asılılıq yolu
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Paşinyan hakimiyyətdən getsə, sülh sazişinin taleyi, təəssüf ki, qeyri-müəyyənlik mərhələsinə düşəcək, çünki Paşinyan bütün təzyiqlərə baxmayaraq, sülhün alternativsizliyini anlayan yeganə erməni liderlərindən biridir.
Tural İsmayılov
“Ermənistanda revanşist qüvvələrin, xüsusilə də Rusiyapərəst dairələrin yenidən fəallaşması, sülh prosesinə real təhlükə yaradır. Onlar üçün sülh sənədi, əslində, Ermənistanın müstəqil qərarvermə hüququnun təsdiqi deməkdir. Bu da Moskva üçün “arzuolunmaz ssenaridir”. Elə buna görə də Rusiya yenidən “platforma” təklif etməyə başlayıb. Amma bu platforma, əslində, vasitəçilik adı altında sülhü ləngitmək, regionu yenidən nəzarət altına almaq cəhdidir”-deyən Tural İsmayılov qeyd edib ki, Azərbaycan bu gün artıq heç bir vasitəçiyə ehtiyac duymur və Bakı sülh prosesini birbaşa tərəflər arasında, bərabərhüquqlu, regional sabitlik konsepsiyası əsasında aparmaqda israrlıdır.
“Paşinyanın hakimiyyətdən gedişi sülh xəttini pozmaq, danışıqları yeni xaosa sürükləmək riski yaradar”-deyən Tural İsmayılovun fikrincə, belə bir şəraitdə Ermənistanın gələcəyi, əslində, onun hansı yol seçəcəyindən asılıdır: sülh və inkişaf yolu, yoxsa revanşizm və asılılıq yolu.
“Rusiya platforması bu gün sülh yox, köhnə təsir mexanizmlərinin bərpası deməkdir. Azərbaycan artıq bu oyunun qaydalarını dəyişib. İndi meydanda reallıq var və bu reallıqda qalib Bakı modelidir”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 15 Oktyabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















