Ermənistanın öhdəliyi ilə Azərbaycan və Naxçıvan arasındakı tranzit asanlaşır
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin tranziti üçün sadələşdirilmiş rejimin təmin edilməsi Ermənistanın TRIPP layihəsi çərçivəsində götürdüyü öhdəliklər sırasındadır.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.
Bəyanata əsasən "Tramp Marşrutu"nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsidir. Sənəddə vurğulanır ki, TRIPP Ermənistan ərazisindən keçməklə maneəsiz multimodal tranzit əlaqəsinin yaradılmasına yönəlib və dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipləri əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir.
"Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi vasitəsilə birləşdirərək və Transxəzər ticarət marşrutu üzərində həyati əhəmiyyətli bağlantılar formalaşdıraraq, TRIPP-in Ermənistan Respublikasının həm beynəlxalq, həm də daxili əlaqəliliyi baxımından qarşılıqlı faydalar gətirəcəyi gözlənilir", - bəyanatda deyilir.
Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Yanvar 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















