Icma.az
close
up
RU
Estoniya Gürcüstanın ədliyyə naziri, baş prokuror və parlament üzvlərinə sanksiya tətbiq edib

Estoniya Gürcüstanın ədliyyə naziri, baş prokuror və parlament üzvlərinə sanksiya tətbiq edib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Estoniya daha 19 yüksək rütbəli gürcü məmura sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bəyanat yayıb.

Sanksiyalar siyahısına Gürcüstanın ədliyyə naziri, baş prokuroru, parlament üzvləri, prokurorlar, hakimlər və keçmiş polis rəisi də daxildir. Sanksiya tətbiq olunan şəxslərin ölkəyə giriş qadağa qoyulub.

“Mən daha 19 gürcü məmurunun Estoniyanın milli sanksiyalar siyahısına əlavə edilməsi haqqında direktiv imzaladım. Zorakılığın, siyasiləşdirilmiş məhkəmələrin və qeyri-mütənasib cəzaların demokratiyada yeri yoxdur. Estoniya ləyaqət, hüquqlar və Avropanın gələcəyi uğrunda mübarizədə Gürcüstan vətəndaş cəmiyyəti, müstəqil media və Gürcüstan xalqının yanında olmağa davam edəcək”, - nazir bildirib.

Bəyanatda vurğulanıb ki, sanksiya tətbiq edilən şəxslər “dinc nümayişçilərin, jurnalistlərin və müxalifət nümayəndələrinin təqibinə görə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyırlar”.

Tsaxna əlavə edib ki, Gürcüstan hakimiyyətinin tətbiq etdiyi zorakılıq, siyasiləşdirilmiş məhkəmə prosesləri, etirazçılara və müxalifət siyasətçilərinə qarşı qeyri-mütənasib cəzalar demokratiyanın əsas dəyərlərinə və Gürcüstanın Avropa İttifaqına namizəd statusu ilə bağlı öhdəliklərinə ziddir.

Onun sözlərinə görə, Estoniya Gürcüstan vətəndaş cəmiyyətinə, müstəqil mediaya və ölkənin Avropaya inteqrasiyasına dəstəyini davam etdirəcək.

Bununla da Estoniya indiyədək 102 gürcü məmuruna ölkəyə giriş qadağası tətbiq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyul 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri