Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Evləri sökülən vətəndaşlara VACİB XƏBƏR KONKRET

Evləri sökülən vətəndaşlara VACİB XƏBƏR KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sənədsiz evlərin sökülməsi zamanı kompensasiya məsələsi cəmiyyətdə ən çox müzakirə olunan və birmənalı qarşılanmayan mövzulardan biridir. Qanunvericilik baxımından belə tikililərə görə ödəniş nəzərdə tutulmasa da, praktikada fərqli yanaşmalar tətbiq edilir. 

Bəs vətəndaşlar hansı hallarda kompensasiya ala bilir və bu məbləğ necə müəyyən olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sənədsiz evlərə kompensasiya qanunla məcburi şəkildə verilmir.

Onun sözlərinə görə, kompensasiya yalnız mülkiyyət hüququ olan şəxslərə şamil edilir:

“Vətəndaşlar yalnız öz mülkiyyət hüququndan imtina etdikdə kompensasiya ala bilirlər. Sənədsiz evlərə malik olan şəxslər isə hüquqi baxımdan mülkiyyətçi hesab edilmirlər”.

Bununla belə, ekspert qeyd edir ki, Azərbaycan sosial dövlət olduğu üçün praktikada humanist yanaşma tətbiq olunur. Belə ki, uzun müddət müəyyən ərazidə yaşayan, orada tikinti aparan və kommunal ödənişlər edən şəxslərə müəyyən kompensasiya ödənilə bilər:

“Əgər vətəndaş həmin ərazidə uzun müddət yaşayıbsa, müəyyən xərc çəkərək ev tikibsə və yaşayışını təmin edibsə, bu zaman ona müəyyən məbləğdə kompensasiya verilir. Lakin müvəqqəti və qanunsuz tikililərə görə kompensasiya nəzərdə tutulmur”.

Vüqar Orucun sözlərinə görə, hətta bəzi hallarda tikilinin bir hissəsi qanuni, digər hissəsi isə qanunsuz olduqda belə, çəkilən xərclər nəzərə alınır və müəyyən ödəniş edilir.

Ekspert kompensasiya məbləğinin müəyyən olunmasının üç əsas mexanizmi olduğunu vurğulayıb:

Birinci variantda müvafiq icra qurumu tərəfindən komissiya yaradılır və əraziyə baxış keçirərək qiyməti müəyyən edir. Məsələn, paytaxtda “Sovetski” kimi tanınan ərazidə bu məbləğ hər kvadratmetr üçün 2700 manat olaraq təyin edilib. İkinci halda investor birbaşa sakinlərlə danışıqlar aparır və razılaşdırılmış məbləğ ödənilir. Üçüncü variantda isə satınalma yolu ilə seçilən müstəqil qiymətləndirmə şirkəti kompensasiyanı hesablayır.

V.Oruc hesab edir ki, ilk iki yanaşma tam şəffaf deyil və subyektiv qərarların təsiri altına düşə bilər:

“Daha düzgün yanaşma qiymətləndirmə şirkətləri tərəfindən aparılan hesablamalardır. Kompensasiya yalnız köhnə və qəzalı binanın dəyərinə görə deyil, həmin ərazinin bazar qiymətləri əsasında müəyyən edilməlidir”.

Onun fikrincə, qiymətləndirmə zamanı söküntü aparılan ərazinin ətrafında, təxminən 1 kilometr radiusda yerləşən yeni tikililərin bazar dəyəri əsas götürülməlidir. Bu halda vətəndaş aldığı kompensasiya ilə eyni ərazidə yeni mənzil əldə edə bilər.

Beləliklə, qanun sənədsiz evlərə kompensasiyanı məcburi etməsə də, praktikada sosial və humanitar yanaşma üstünlük təşkil edir.

Bununla yanaşı, ekspert hesab edir ki, kompensasiya mexanizmlərinin daha şəffaf və vahid qaydalar əsasında tənzimlənməsi bu sahədə narazılıqları minimuma endirə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Mart 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see284

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see281

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see267

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see260

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see250

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see250

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see244

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see242

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see236

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see236

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see235

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see226

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see222

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see220

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see220

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see217

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see205

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see198

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri