Evliliklərinin 75 ci ilini qeyd edən cütlük xoşbəxtliyin sirri
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da yaşayan Ceyms və Culiya Ambrouz 75 illik xoşbəxt evliliyin sirrini açıqlayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, artıq 90 yaşı keçən cütlük növbəti evlilik ildönümünü qeyd edib.
Onların sözlərinə görə, uzunömürlü və möhkəm ailənin əsas sirri küsülü qalmamaqdadır. Ceyms və Culiya bildiriblər ki, aralarında narazılıq yarananda problemi həll etmədən heç vaxt yatmağa getmirlər.
Ceyms zarafatla əlavə edib ki, evdə əsas söz sahibinin Culiya olduğunu çoxdan anlayıb. O bildirib ki, bunu onunla evlənməyə razılıq verdiyi ilk gündən hiss edib.
Cütlük 1951-ci ildə tanış olub. Onların sözlərinə görə, ilk növbədə bir-birlərinin xarici görünüşü diqqətlərini cəlb edib. Münasibətə başladıqdan qısa müddət sonra ailə quran Ambrouzlar 75 il ərzində iki oğul və iki qız övladı böyüdüblər. Hazırda onların 12 nəvəsi, 21 nəticəsi və iki kötükcəsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 May 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















